From Wikipedia, the free encyclopedia
Neron Aslan oğlu Babaxanov (1939, Qazax[1] – 4 yanvar 2023[2]) — coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSR Xalq Təhsili Nazirinin müavini, Bakı Dövlət Universitetində İqtisadi məsələlər üzrə prorektor (1991–1992).[3] 1986-cı ildə Leninqrad Dövlət Universitetində (Sankt-Peterburq şəhərində) İqtisadi coğrafiya sahəsində SSRİ-də ilk dəfə "Təbii fəlakətlərin iqtisadi coğrafi cəhətdən öyrənilməsinin elmi əsasları" (Azərbaycan timsalında) mövzusunda sosial və iqtisadi coğrafiya, ətraf mühiti mühafizə və təbii sərvətlərdən səmərəli istifadə ixtisasları üzrə doktorluq dissertasiyası müdafiə edib. Dissertasiya işi SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə 1986-cı ilin görkəmli işi kimi qeydiyyata alınmışdır.
Neron Babaxanov | |
---|---|
Neron Aslan oğlu Babaxanov | |
Doğum tarixi | |
Doğum yeri | Yenigün, Qazax rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | coğrafiya |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Coğrafiya fakültəsi |
Mükafatları |
Neron Babaxanov 1939-cu ildə Azərbaycan Respublikasının Qazax rayonu Yenigün kəndində anadan olub. 1956-cı ildə Yenigün kənd orta məktəbini bitirib. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hal-hazırda Bakı Dövlət Universiteti) Coğrafiya fakültəsində təhsil almışdır.
1964-cü ildə Azərbaycan Dövlət Universitetinin SSRİ-nin iqtisadi coğrafiyası kafedrasının aspiranturasına (əyani), daha sonra Moskva Dövlət Universitetinin aspiranturasına (əyani, məqsədli) daxil olub . 1970-ci ildə Sovet coğrafiyaçısı N.Y.Kovalskayanın rəhbərliyi ilə "Mil-Muğan düzlərinin mənimsənilməsinin coğrafi problemləri" mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi almışdır. 1973-cü ildən dosentdir.
1983–1986-cı illərdə Moskva Dövlət Universitetinin əyani doktoru olub. 1986-cı ildə Leninqrad Dövlət Universitetində (Sankt-Peterburq şəhərində) İqtisadi coğrafiya sahəsində SSRİ-də ilk dəfə "Təbii fəlakətlərin iqtisadi coğrafi cəhətdən öyrənilməsinin elmi əsasları" (Azərbaycan timsalında) mövzusunda sosial və iqtisadi coğrafiya, ətraf mühiti mühafizə və təbii sərvətlərdən səmərəli istifadə ixtisasları üzrə doktorluq dissertasiyası müdafiə edib. Dissertasiya işi SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə həmin ilin görkəmli işi kimi qeydiyyata alınmışdır. 1987-ci ildən elmlər doktoru, 1990-cı ildən professordur.[3]
2023-cü ilin yanvar ayında vəfat etmişdir.[4]
Ailəlidir, üç övladı var.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.