From Wikipedia, the free encyclopedia
Nəqşidil Sultan (ö. 6 sentyabr 1817) — 27. Osmanlı sultanı I Əbdülhəmidin xanımı, 30. Osmanlı sultanı II Mahmudun anası, Osmanlı imperiyasının Validə sultanı.
Nəqşidil Sultan | |
---|---|
türk. Nakşidil Sultan | |
| |
28 iyul 1808 – 6 sentyabr 1817 | |
Əvvəlki | Aişə Səniyəpərvər Sultan |
Sonrakı | Bəzmialəm Sultan |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | Nəqşidil Sultan türbəsi |
Fəaliyyəti | qul[d] |
Həyat yoldaşı | I Əbdülhəmid |
Uşaqları |
Şahzadə Murad Seyfullah II Mahmud Saliha Sultan |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Osmanlı tarixi mənbələrində adı adətən Nəqşidil olaraq anılsa da, bəzi arxiv sənədlərində, möhüründə və məzar kitabəsində adı Nəqşi, Nəqşi Qadınəfəndi olaraq qeyd olunur. Kimliyi və saraya gəlişi haqqında dəqiq məlumat olmasa da, onun fransız kral ailəsinə mənsub olması ilə bağlı məlumat doğru deyil. Belə ki, Sultan Əbdülhəmidin bacısı Əsma Sultanın sarayındakı kənizlərdən olduğu, padşahın bacısını ziyarəti əsnasında görüb bəyəndiyi bu qızı Topqapı sarayına gətirdiyi məlumdur. XVIII əsrdə hərəmxanaya alınan kənizlərin böyük bir qismi kimi onun da Qafqaz əsilli olduğu ehtimal olunur.
Sultan Əbdülhəmidin yeddinci qadınəfəndisi olan Nəqşidil Sultan ilk övladı 22 oktyabr 1783-cü ildə dünyaya gələn Şahzadə Murad Seyfullah Əfəndidir.[1] Ancaq bu övladını 3 mart 1784-cü ildə çiçək xəstəliyindən itirmişdir. Sarayın məsrəf kitablarına görə, övladını itirməsinə baxmayaraq sarayda aldığı məvacib padşahın əmriylə eyni saxlanılmışdır. İkinci övladı olan Şahzadə Mahmudu 20 iyul 1785-ci ildə, son övladı olan və cəmi 7 ay yaşaya bilən Saliha Sultanı isə 28 noyabr 1786-cı ildə dünyaya gətirmişdir.
Sultan Əbdülhəmidin 7 aprel 1789-cu ildə vəfatından bir həftə sonra ənənəyə uyğun olaraq, mərhum padşahın digər xanımları ilə birlikdə Nəqşidil Sultan da köhnə saraya köçürüldü. Yenə sarayın məsrəf kitablarına görə, ögey oğlu Sultan Mustafanın 29 may 1807-ci ildə taxta çıxışından bir neçə həftə sonra saraydan aldığı məvacibin artırıldığı məlumdur.[2][3] Sultan Səlimin qətlə yetirildiyi və yeganə övladı Şahzadə Mahmudun son anda qaçırılaraq xilas edildiyi günlərdə hələ də köhnə sarayda yaşamaqda idi.
Oğlunun 28 iyul 1808-ci ildə taxta çıxışının ardından "məhdi-ülya-i səltənət" adını alan Nəqşidil Sultan 8 avqust günü keçirilən möhtəşəm validə alayı ilə Topqapı sarayına gətirildi. Sultan Mahmud anasını sarayın orta qapısında qarşıladı və əlini öpdükdən sonra onunla birlikdə hərəmxanaya daxil oldu. Keçirilən bu mərasim Osmanlı tarixinin son validə alayı olaraq tarixdə iz qoymuşdur.
Sultan Mahmud səltənətində validə sultan olaraq saray daxilində nüfuzlu olsa da, özündən öncəki sələfləri kimi dövlət işlərinə qarışmamışdır. Topqapı sarayından daha çox Beşiktaş sahilindəki köşkündə yaşayan Nəqşidil Sultan vərəm xəstəliyinə tutulmuşdur. Nəqşidil Sultan, oğlu Sultan Mahmud tərəfindən şəxsən nəzarət edilən müalicəsi davam edərkən 6 sentyabr 1817-ci ildə vəfat etdi. Cənazə namazı şeyxülislam Mehmed Zeynalabdin Əfəndi tərəfindən qılındı və öz adını daşıyan türbəsinə (Nəqşidil Sultan türbəsi) dəfn edildi. Vəfat etdiyi əsnada təxminən 56 yaşlarında olduğu qeyd edilir.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.