Nahidə Babaşlı
Azərbaycanlı müğənni From Wikipedia, the free encyclopedia
Remove ads
Nahidə Babaşlı (22 iyul 1996, Bakı) — azərbaycanlı söz yazıçısı və müğənni. Hazırda Türkiyədə yaşayır.
Remove ads
Həyatı və fəaliyyəti
22 sentyabr 1996-cı ildə Azərbaycanın Bakı şəhərində 2 uşaqlı ailədə doğulmuşdur. Əslən Azərbaycanlıdır.[1] Ali təhsilini Bakı Dövlət Universitetində fizika fakültəsində davam etdirmişdir. Elə bu zamanlar musiqiçi olmağı qərara almışdır. O universitet təhsili illərində dəfələrlə musiqi yazmağa cəhd etsə də alınmamışdır.[2]
Daha sonralar atasının da köməkliyi ilə musiqi ifa etmiş və yayımlamışdır.[3] İlk dönəmlərdə telefona yüklədiyi proqram sayəsində, mahnı ifa edir, onu arxa planına rəsm əlavə edir və paylaşırdı.
O, özünə daha çox xarici kompozisiyaları yaxın bilir.[4] Həmçinin, Azərbaycan dilində musiqi oxuduğunda problem yaşadığını bildirmişdir. Belə ki, oxuduğu mahnılar əsasən müəllif hüquqları səbəbiylə yerləşdirdiyi platformlardan silinirdi. [5]
Öz kanalında paylaşdığı Üzüm, Anla, Bir sözüm var, Dido, Gözlərimi bağlasam, Dəli olanlar, Sən məndən ayrıldın, Gəzi bağları, Gönlümdən vaz keç, Özünə fikir ver, Gözlərimdəki an, Zifiri mahnıları, musiqi həvəskarlarından milyonlarla bəyənmə və müsbət şərh aldı.
2014-cü ildə həyatını itirən Murat Göyəbaxanın "Ay Üzlüm" mahnısını səsləndirmiş və səkkiz gün ərzində 1.920.581 izlənmə almışdır. Babaşlının ifası Türkiyə Kütləvi İnformasiya Vasitələrində də yüksək qiymətləndirilib və türk sosial media istifadəçiləri onun haqqında müsbət ifadələr işlədiblər.[6]
Elnarə Abdullayevanın qardaşı qızıdır.[7]
Remove ads
Diskoqrafiya
Qeyd: Cədvəldə Nahidə Babaşlının ifa etdiyi musiqi siyahısı yer almaqdadır. Albom sırasında ad yoxdursa, o mahnı Sinqldır.
Remove ads
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads