From Wikipedia, the free encyclopedia
Elnarə Abdullayeva (17 iyun 1972, Çuxanlı) — Azərbaycan müğənnisi, Xanəndə, Azərbaycan Respublikasının Əməkdar artisti (2015).
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Elnarə Abdullayeva 1972-ci ilin iyunun 17-də Şamaxının (Hazırda Qobustan rayonu) Çuxanlı kəndində dünyaya göz açıb. Daha sonra Ağaxan Abdullayevin tələbəsi olaraq ondan muğamın sirrlərini öyrənir. Onun 2006-cı ildən musiqiçi və prodüser Asif Kərimovla birgə fəaliyyətə başlamasıyla xanəndənin bütün yaradıcılıq tərzi dəyişdi. 2000-ci illərdə Gilan albom şirkəti ilə müqavilə bağlayaraq "Elnarənin Musiqi Dünyası" adlı ilk albomunu çıxardı. 2015-ci ildə Heydər əliyev sarayında ilk solo konserti baş tutdu. Daha sonra 2015-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görüldü. 2016-cı ilin mart ayında 3 gün Heydər Əliyev sarayında konserti baş tutdu.
Azərbaycanın Əməkdar Artisti 14.09.2015
Seamless Wikipedia browsing. On steroids.