From Wikipedia, the free encyclopedia
Nabi (fr. Nabis, q.yəh. נביא — "peyğəmbər", "seçilmiş" sözündən) — Fransız incəsənət qrupu, Pol Serüzyenin rəhbərliyi ilə 1888-ci ildə Parisdə "Pol Qogenin simvolik sintetikizminin məhsuldar inkişafı" məqsədilə yaradılmışdır.[1] Nabilər XIX əsrin sonu – XX əsrin əvvəllərində Fransız post-impressionizminin və simvolizminin istiqamətlərindən biri olmuşdur.
Qrupun adını parnas məktəbinin nümayəndəsi və simvolist şair Anri Kazalis fikirləşmişdir. Qrupa rəssamlar Moris Denis, Emil Bernar, Pyer Bonnar, Ker-Ksavyer Russel, Jan Eduard Vüyar, Pol Serüzye, Etien Terrüs, qrafik və rəssam Feliks Valloton, keşiş və rəssam Yan Verkade, rəssam, yazıçı və rəssam Anri-Qabriel İbel və başqaları daxil idi. Qrupun ideya rəhbərləri Pol Serüzyer və Moris Deni olmuşdur. Bernar, Verkade, Deni və Serüzyer daha əvvəl Pontaven qəsəbəsində Qogen ilə birlikdə çalışmışdılar. Daha sonralar qrupa Pol Ranson, heykəltəraş Aristid Mayol (həmin dövrdə həm də rəssamlıq ilə məşğul idi), macar rəssam Yojef Ripp-Runay, heykəltəraş Jorj Lakomb, danimarkalı rəssam Mogen Ballin qoşulmuşdur. Dostlar təxminən on il birlikdə çalışmışdılar. Nabilərin son sərgisi 1899-cu ildə Parisdə keçirilmişdir.
Nabilərin incəsənətinin əsası Pol Qogenin sonrakı üslubu və Pont-Aven qrupunun kluazonizmidir. Rəssamlar təsviri simvolizmin özünəməxsus variantını yaratmışdılar. Onların yaradıcılığı ədəbi simvolizmə yaxın olsa da, rəngin üstünlüyü, xətlərin plastikası, formaların dekorativ ümumiləşdirilməsi, ritmlərin yumşaq musiqiliyilə, müxtəlif etnik mədəniyyətlərin sənət motivlərinin – Fransız xalq sənəti, Yapon qravürası, Afrika heykəltəraşlığı, İtalyan “primitivləri” — səth tərzində stilizasiyası ilə xarakterizə olunur.
Rəssamları spiritizm, dini fəlsəfəyə maraq, musiqi, poeziya və Şərqin ezoterik təlimlərinə olan meyl birləşdirirdi. Həmin illərdə Parisdə E. Şürenin “Böyük İthaf Edilmişlər” (1899) kitabı populyar idi. Hər şənbə günü “Nabi” üzvləri Monparnas bulvarındakı Ranson və onun həyat yoldaşı Mari-Fransuanın mənzilində toplanırdılar. Ransonun emalatxanası “məbəd” adlanırdı. Rəssamlar ekzotik geyimlər geyinirdilər. Ranson qrupun üzvləri üçün “gizli adlar” fikirləşmiş və onların qarşısında xüsusi tikilmiş “peyğəmbər geyimində” çıxış edirdi. “Peyğəmbərlər” arasında qədim yunan, yəhudi və mason simvolizminə aid oyunlar məşhur idi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.