From Wikipedia, the free encyclopedia
Nəhəng cənub fırtınaquşu[3] (lat. Macronectes giganteus) — olduqca iri, yırtıcı quş. Növ Fırtınaquşular (Procellariidae) fəsiləsinə, Fırtınaquşukimilər (Procellariiformes) dəstəsinə daxildir. Növ ilk dəfə alman həkimi, botanik və zooloqu İohan Qmelin Fridrix (alm. Johann Friedrich Gmelin, 1748–1804) tərəfindən 1789 ildə Odlu Torpaq arxipelaqına daxil olan İsla-de-los-Estados adasında aşkarlamışdır. Nəhəng fırtınaquşu cinsinə daxil olan iki növdən biridir.
Yamayış arelı əsasən Cənub okeanı akvatoriyası üzərində yerləşən məkandır. Nəhəng şimal fırtınaquşu ilə arealının üst-üstə düşməsinə baxmayaraq nisbətən cənubda yayılmışdır.
Nəhəng fırtınaquşu cinsinə daxil olan iki növ öz fəsiləsinin ən iri quşlarıdır. Qanadları arasında məsafə 185–205 sm, çəkisi isə 2,63–5,24 kq təşkil edir. Dimdiklərinin uzunluğu 85–103 mm, qanadları 500–550 mm, 187–211 mm-dir. Dimdikləri sarı, sonluğu yaşımtıldır. Göz ətrafı tündür[3][4] .
Bu növün nümayəndələri Cənub okeanı akvatoriyasında, Çili, Argentina, Cənubi Afrika və Avstraliyanın cənubunda yayılmışdır. Arealın ümumi sahəsi 36 000 000 km²-dir (14 000 000 mil²). Ən iri koloniyaların olduğu ərazilər: Folklend adaları, İsla-de-los-Estados, Cənubi Georgiya, Cənubi Orkney adaları, Cənubi Şetland adaları, Kroze, Prins-Eduard adaları, Herd adası və Makdonald adaları, Makkuori adası, Kergelen, Qof və Tristan-da-Kunya, Dieqo-Ramires adaları, İsla-Nuar adası (isp. Isla Noir), Antarktidanın dörd vahəsində və Adel Torpağı[5][6][7][8]
Bu fırtınaşunun qidalanma rasionu rəndarəngdir. Demək olar ki, hər şeyi yerirlər. Əsasən dəniz məməliləri və dəniz quşları ilə qidalanır. Qidalanmaya həm də balıq, kalmar və antarktika krili belə daxildir. Digər dəniz quşları və onların yumurtaların əsas qidasıdır. Sahildə və dənizdə qidalanırlar. Hazırda balıqçı gəmiləri ətrafında dolaşırlar. Keçmişdə balina ovunu həyata keçirən gəmilərə qonaraq balinaların qalıqları ilə qidalanırdılar. Kroze adalarında qidalarının 83 % pinqvinlər, əsasən kral pinqvini (67 %)[4] təşkil edir.
Yetkinlik 6–7 yaşında baş verir. Ancaq çoxalma 10 illiyinə təsadüf edir. Yumurtalamaq oktyabrdan başlayır. Yuva quran koloniyalarda quşların sayı olduqca az olur. Yuvanı mamır və otların üzərində, daşlıq və suxurlarda olan çalalarda qururlar. Dişilər ancaq bir yumurta qoyur. Yumurtaya valideynlər 55–66 gün müddətində baxır. Balalar yumurtadan çıxdıqdan 104–132 gün müddətində valideynlərin nızarətində olurlar[9]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.