Remove ads
From Wikipedia, the free encyclopedia
Muxtar Babayev (16 oktyabr 1967, Bakı) — Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri,[1] Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı, Azərbaycan Alpinizm Federasiyasının[2] və COP29-un prezidenti.
Muxtar Babayev | |
---|---|
Vəzifədədir | |
23 aprel 2018-ci ildən | |
(i. e. 14–16 fevral 2024) | |
Əvvəlki | Hüseynqulu Bağırov |
Azərbaycan Alpinizm Federasiyasının prezidenti | |
Vəzifədədir | |
9 sentyabr 2022-ci ildən | |
Əvvəlki | Nizami Mursaqulov |
2010 – 23 aprel 2018 | |
Seçki dairəsi | 2010, 2015 — 43 saylı Sumqayıt üçüncü |
Əvvəlki | Nizami İsgəndərov |
Sonrakı | Emin Hacıyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 oktyabr 1967 (57 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | nazir, siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Muxtar Bahadur oğlu Babayev 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir.
1986–1988-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib.
2000-ci ildə Ümum-Rusiya Xarici Ticarət Akademiyasının "Dünya iqtisadiyyatı" ixtisasını bitirib.[1]
1991–1992-ci illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində çalışıb.
1992–1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1994–2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003–2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb. 2007–2010-cu illərdə SOCAR-ın Ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. 2010–2018-ci illərdə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı seçilib. 7 dekabr 2010-cu ildə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü seçilmişdir.[1]
2018-ci ilin aprelin 23-dən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziridir.[1]
Yeni Azərbaycan Partiyasının üzvüdür.
2024-cü ilin yanvarın 7-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti təyin olunub.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.