From Wikipedia, the free encyclopedia
Molla Eyyublu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd[1].
Tarixi Azərbaycan əraziləri | |
Molla Eyyublu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Ermənistan |
Bölgə | Loru mahalı |
Əhalisi | 382 (1931) |
Saat qurşağı | |
Xəritədə yeri | |
|
Rayon mərkəzindən şimal-şərqdə yerləşir. 31 dekabr 1937-ci ilə kimi, Kalinino rayonu təşkil edilənə qədər Cəlaloğlu (Stepanavan) rayonun tərkibində olmuşdur. Mənbələrdə kəndin digər adlarının Molla Eyyub, Molla Yublu, Norvruz xaraba olduğu da göstərilir[2].
Toponim eyyublu etnonimi əsasında əmələ gəlib «eyyublu tayfasından olan mollaya məxsus kənd» anlamını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Kəndin adı əvvəllcə dəyişdirilib Evli qoyulmuş, sonra Ermənistan prezidentinin 19.04.1991-ci il fərmanı ilə adı dəyişdirilərək Dzaramut adlandırılmışdır.
Kənddə 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır[3]. 1918-ci ilin martında azərbaycanlılar deportasiya olunmuş, yalnız indiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 271 nəfər, 1926-cı 334 nəfər, 1931-ci ildə 382 nəfər azərbaycanlı yaşamışdır[4]. 1988-ci ilin axırlan 1989-cu ilin əvəllərində Ermənistan dövləti tərəfindən kəndin sakinləri tamamilə tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. İndi burada təkcə ermənilər yaşayır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.