From Wikipedia, the free encyclopedia
Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə Şirvani (1851[1]-1917[2]) — Azərbaycan xanəndəsi və şairi[3].
Şirvanın tanınmış el sənətkarlarından biri olan tanınmış xanəndə Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə XIX əsrin ortalarında Şamaxıda dünyaya gəlmiş, yaşayıb-yaratmışdır[4]. Şamaxının Sarıtorpaq məhəlləsində dünyaya gəlmişdi[5]. Mirzə Məhəmmədhəsən şamaxılı mesenat Mahmud ağanın sarayında təşkil olunan muğam məclislərində püxtələşmiş, dövrünün məşhur xanəndələrindən biri kimi tanınmışdı. Şamaxı torpağının yetirməsi olan bu məşhur xanəndənin 1916-cı ildə "Nalə" adlı şeirlər kitabı nəşr olunmuşdur.[4] Mirzə Məhəmmədhəsən "Sarıtorpaq şikəstəsi"nin və bir çox təsniflərin müəllifi olmuşdur[6]. "Hümayun", "Şur", "Şüştər" və "Rast" muğamlarını, xüsusilə "Mənsuriyyə" zərbi-muğamını el şənliklərində, məclislərində böyük ustalıqla oxuyan xanəndənin ifa tərzinin öz yeri, öz gözəlliyi var idi[4].
Seamless Wikipedia browsing. On steroids.