From Wikipedia, the free encyclopedia
Hümayun – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri [1], 2) yeddi əsas muğam dəstgahlardan biri [2]. Humayun Yaxın Şərq xalqlarının klassik musiqisinə daxil olan 24 şöbədən biridir.
"Humay" sözü Türk mifologiyasında "cənnət quşu, şahlıq quşu" mənasını daşıyırsa, "humayun" sözü "şahanə, uğurlu, səadətli" deməkdir.
XIX əsr Azərbaycan musiqisində rəhavi (rahab) dəstgahında rahab ilə tərkib arasındakı şöbə idi. 19-cu əsrin sonlarında (Mirzə Fərəcin cədvəlində) Humayun dəstgahı 17 şöbə və guşəni özündə toplamışdır. Sonralar inkişaf nəticəsində Humayun başqa muğam dəstgahları kimi təkmilləşir, yığcamlaşır, bəzi şöbə və guşələrdən azad olur. Vaxtilə Azərbaycanda Humayun – "Qafqaz Humayunu" adı ilə məlum idi.
Üzeyir Hacıbəyov özünün fundamental əsəri olan "Azərbaycan xalq musiqisinin əsasları" kitabında Humayunu "Şüştər"lə müqayisə əsasında belə qənaətə gəlir ki, bədii–ruhi təsir cəhətdən Humayun dinləyicidə nisbətən daha dərin kədər hissi oyadır.
Bu muğam hümayun, feili, Şüştər, tərkib, bidad, Məsnəvi, üzzal şöbələrindən ibarət dəstgahdır. Humayun dəstgahının şöbə və guşələrindən söz açarkən hər şeydən əvvəl onu demək lazımdır ki, başqa muğam dəstgahlarından fərqlənərək Humayunda "Bərdaşt" olmur.
Hazırda 7 hissələri tədris olunur ki bunlar da Bərdaş, Maye, Feili, Mövləvi, Tərkibi, Bidad, Kiçik məsnəvi (Sh,ela,bj).
“Hümayun” muğamını instrumental şəkildə Nəriman Məmmədov tarzən Əhməd Bakıxanovun ifasından (1962), A.Əsədullayev tarzən Elxan Mirzəfərovun ifasından (2003) nota yazmışdır. Bu muğam əsasında bəstəkarlar müxtəlif janrlı əsərlər, o cümlədən, Tofiq Bakıxanov “Hümayun” simfonik muğamını yaratmışdır.[3]
Iran musiqisində 7 əsas (dəstgah) muğamdan (makamdan) biridir.[4]. Çəkavək, bəxtiyari, moalif, Leyli və Məcnun, tərz, bidad, ney-Davud, guşeyi-çahargah, məvaliyan, əbül-çəp, bavi, suzi-güdaz, mureh, nəfir (nəfir-fərəng), şüştəri, camədəran, üşşaq, üzzal, zabol, bayatı-əcəm, bəhr-nur, şahnaz, dənasəri, mənsuri, Məsnəvi şöbələrindən ibarət dəstgahdır.
Humayun səssırasının iki növü göstərilir:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.