From Wikipedia, the free encyclopedia
Mir Mahmud Hotaki (puşt. شاه محمود غلجي) — Qəndaharın üçüncü əmiri (1717–1725), Hotaki xanədanından Səfəvilər dövlətinin ilk şahı (1722–1725), Mir Veys xan Xotakinin (1673–1715) böyük oğlu. Hotaki dövlətinin çiçəklənməsi dövrü Mir Mahmud Hotakinin zamanında olur. Onun dövründə Hotakilər Səfəvilərin paytaxtı İsfahanı ələ keçirir və özünü də "şah" elan edir.
Mir Mahmud Hotaki | |
---|---|
شاه محمود غلجي | |
| |
Hotaki II kökmdarı | |
1697 – 1725 22 aprel | |
Əvvəlki | Əbdül Əziz Hotaki |
Sonrakı | Əşrəf Hotaki |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1697 |
Doğum yeri | Xorasan , Səfəvilər dövləti |
Vəfat tarixi | 22 aprel 1725 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Mir Üveys xan Hotaki |
Həyat yoldaşı | Şahbanu Gövhər Sultan Səfəvi |
Ailəsi | Hotaki |
Dini | İslam(Sünni) |
Vikianbarda əlaqəli mediafayllar |
Əfqan Mahmudun hakimiyyətə yiyələndikdən sonra atdığı ilk addımlardan biri şah xəzinəsini ələ keçirməsi olur. Hərçənd ki, Məhəmməd Möhsün «200 il ərzində toplanmış varidatın» əfqanların əlinə keçməsini vurğulayır, lakin L.Lokhart bunu şişirdilmiş məlumat adlandıraraq, «Mahmudun əlinə keçən zaman xəzinədə elə də böyük məbləğin olmasını» güman etmədiyini bildirir.[1]
Əfqan Mahmudun taxtda əyləşməsi münasibətilə ona ehtiram bildirməyə gələnlər üçün ziyafət verilir. Mahmudun hakim kimi tanıdılma mərasimini, xüsusi olaraq gətirdilmiş sabiq şah Sultan Hüseyn də seyr etməli olur. Daha sonra onun nazirləri, əyanlar, əsl-nəcabətlilər Mahmuda sədaqət andı içirlər. Beləliklə, əfqan uzurpatoru ölkə ərazisində öz hakimiyyətini bərqərar edir və 14 il ərzində Səfəvi sülaləsinin üzvləri şimali İranın müxtəlif hissələrində öz mövcudiyyatlarını kölgə şəklində davam etdirirlər.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.