From Wikipedia, the free encyclopedia
Miniso (sadələşdirilmiş çincə: 名创优品; ənənəvi çincə: 名創優品; pinyin: Míngchuàng Yōupǐn; hepbörn: Meisō Yūhin) və ya stilizə olunmuş adı ilə メイソウ – dərs ləvazimatı, kosmetika, oyuncaq və mətbəx əşyaları satan Çin mağazalar şəbəkəsi.[2] 2011-ci ildə çinli sahibkar Ye Quofu tərəfindən Aiyaya şirkətinin qolu kimi qurulan şirkətin baş qərargahı Çinin Quançjou şəhərində yerləşir.[3] 2015-ci ildəki gəlirləri 769,9 milyon ABŞ dolları olan şirkətin gəlirləri növbəti il 1,5 milyard ABŞ dolları olmuşdur.[4]
Miniso | |
---|---|
çin. 名创优品 | |
| |
Ümumi məlumatlar | |
Sənaye | pərakəndə |
Təsis tarixi | 2013 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | 2,5 milyard ABŞ dolları (2018)[1] |
Struktur | |
Ana şirkət | Grupo Sanborns (33,27 %) |
miniso.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Miniso'nun Asiya, Avropa, Okeaniya, Afrika, Şimali Amerika və Cənubi Amerikada 1800-dən çox mağazası var.[5] 2015-ci ildəki planlarına görə gələcəkdə bütün dünyada 6000 mağaza açmaq istəyirlər.[6]
Miniso 2011-ci[6] ildə çinli sahibkar Ye Quofu tərəfindən qurulmuşdur.[7] Şirkət Çində qurulmasına və Yaponiyada mağazası olmasına baxmayaraq əvvəlcə Yaponiya brendi olduğunu elan etmişdir.[8] Miniso daha sonra Çinin xaricində 1800-dən çox mağazasını açmışdır.[5]
2017-ci ilin yanvarına Miniso Şimali Koreya bazarına daxil olmaq istədiyini və dörd ay sonra Pxenyanda ilk mağazasını açmağı planlaşdırdığını bildirmişdir. "The Economist" jurnalına görə mağaza ölkədə populyar olmuşdur.[1] Açılışdan qısa müddət sonra şirkətin Yaponiya filialı BMT-nin Şimali Koreya ilə ticarət qadağasını pozduğuna görə təzyiqlərə məruz qalmışdır və çinli rəsmiləri qərara görə günahlandırmışdır.[9] Mübahisələrdən sonra Miniso bir daha Şimali Koreyaya məhsul göndərməyəcəyini bildirmiş, Pxenyandakı mağaza "Evolution" adlı altında rebrendinq keçirmişdir.[10]
Minisonun ilk mağazaları Çində açılmışdır.[11] Daha sonra Tayvan, Honkonq, Kamboca, Nepal, Makao, Hindistan, Pakistan, Monqolustan, Cənubi Koreya, Şimali Koreya, İndoneziya, Malayziya, Sinqapur, Vyetnam, Şri-Lanka, Filippin, Meksika və Banqladeş kimi ölkələrdə mağazalarının açılışı baş tutmuşdur.[1][5] Vyetnamdakı bir mağazanın açılışının ilk saatında 10.000 ABŞ dolları gəlir əldə edilmişdir.[12] Minisonun Pxenyandakı mağazaı Şimali Koreyadakı ilk və tək xarici brendə aid mağaza olmuşdur.[1] 2017-ci ilin əvvəlində Avstraliyada mağazası açılmışdır.[13]
Şimali Amerikada Miniso Kanada, ABŞ və Meksikada mağazalar açmışdır.[14][15] 2016-cı ilin 6 avqustunda Miniso ABŞ-dəki mağazalarını artırmaq üçün bir ABŞ partneri ilə razılaşma imzalamışdır.[16] İlk ABŞ mağazası 2017-ci ilin aprelində Pasadenada açılmışdır.[17]
Mərkəzi Amerikada ilk mağazası Panamada açılmışdır. 2018-ci ilin oktyabrına kimi onlar burada 4 mağaza açmışdırlar.
Cənubi Amerikada Miniso ilk mağazasını 2017-ci ilin avqustunda Braziliyada, ikinci mağazasını 2017-ci ilin dekabrında Çilidə açmışdır.[18] 2018-ci ilin mayında Peruda Jockey Plaza Alış-Veriş Mərkəzində mağazası açılmışdır. 30 avqust 2018-ci ildə Kolumbiyanın Boqota şəhərində iki mağazası açılmış və dekabr ayına kimi ölkədə mağazaların sayı 15-ə çatmışdır.
Avropada Miniso İspaniya, Almaniya, İtaliya, Estoniya, Serbiya,[19] Azərbaycan, Ermənistan,[20] Rusiya və digər ölkələrdə mağazalar açmışdır.[5] Azərbaycanda ilk Miniso mağazası 2018-ci ilin martında açılmışdır, ölkədə 10 mağaza fəaliyyət göstərir.
Afrikada Miniso ilk mağazalarını 2017-ci ilin avqustunda CAR-da, bir ay sonra Nigeriyada açmışdır.[21][22] Keniyada və Uqandanın Kampala şəhərində də bir neçə mağazası var.[23][24][25] 2018-ci ilin yanvarında Misirdə iki mağazası açılmışdır.
1 sentyabr 2018-ci ildə Rumıniyada iki mağazası açılmışdır və mağazaların sayının 40-a çatdırılması planlaşdırılır.[26]
12 yanvar 2018-ci ildə Banqladeşdə ilk Miniso mağazası açılmışdır.
2019-cu ilin iyununda Miniso İsraildə daha 6 mağaza açacağını, ilin sonunda 18-ə çatdıracağını açıqlamışdır.[27]
Minisonun marketinq strategiyası Yaponiyanın Muji, Daiso və Uniqlo şirkətləri ilə müqayisə edilir. Şirkətlərin estetikası, brend dizaynı və məhsulları oxşayır.[7] Yaponiyadan təsirlənən marketinq strategiyasına görə şirkətin məhsulları "Yaponiya məhsulu kimi görünən Çin məhsulları" olaraq tənqid edilir. Belə ki, Çində insanlar Yaponiya məhsullarına yerli məhsullardan daha çox güvənirlər. Həmçinin şirkət məhsulların üzərində qrammatik düzgün olmayan yaponca etiketlər yerləşdirməsinə görə də tənqid olunur. Miniso həmin etiketləri hazırlamaq üçün Baidu Translate proqramından istifadə etdiyini etiraf etmişdir.[2][8]
Qlobal qiymətləndirmə şirkəti AllianceBernstein şirkətin marketinq strategiyasını uğurlu hesab etmişdir.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.