From Wikipedia, the free encyclopedia
Milli Azlıqlar fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Milli azlıqlar fraksiyası | |
---|---|
Lideri | Lorens Kun |
Quruluş tarixi | 7 dekabr 1918 |
Dağılma tarixi | 27 aprel 1920 |
Müttəfiqlər |
Alman Milli Şurası Bakı polyakları Bakı Ukraynalıları Radası Yəhudi Milli Şurası |
Parlamentdə |
5 / 120 (27 aprel 1920) |
Hökumətdə |
0 / 15 (24 dekabr 1920) |
Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) müvafiq olaraq, Azərbaycanda sayca azlıq təşkil edən gürcü, yəhudi, alman və polyakların hərəsindən Azərbaycan Parlamentinə bir nəfər nümayəndə göndərilməsi qərara alındı. Həmin qanuna əsasən, Parlamentdə təmsil olunan bu millətlərin nümayəndələri parlament nizamnaməsinin fraksiyalar yaratmaq barədə tələblərinə uyğun olaraq, birləşib Milli azlıqlar fraksiyasını təşkil etdilər.
1919-cu ilin axırlarına yaxın fraksiyaya alman — Lorens Kun, yəhudi — Moisey Quxman, polyak — Stanislav Vonsoviç, həmçinin ukraynalı — Vasil Kujim daxil idi. Gürcü Vladimir Bakradze sosial-demokrat kimi sosialistlər fraksiyasına daxil olmuşdu. Fraksiyanın parlament iclaslarında daha çox fəallıq göstərən üzvlərdən olan Stanislav Vonsoviç Azərbaycanın taleyüklü məsələlərinin müzakirəsində həmişə yaxından iştirakı ilə seçilirdi.[1]
Fraksiyanın 7 üzvü olmuşdur:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.