Mikayıl Ələsgər oğlu Useynov (6 (19) aprel 1905, Bakı[1]7 oktyabr 1992, Bakı) — Azərbaycan sovet memarı və memarlıq tarixçisi, professor (1939), SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü (1950–1956; müxbir üzv 1941)[2], Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ xalq memarı (1970), Sosialist Əməyi Qəhrəmanı (1985), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), SSRİ dövlət mükafatı laureatı (1941), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967), memarlıq doktoru (1950), Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü (1985), SSRİ Ali Sovetinin IV və V çağırış deputatı (1954–1962), Azərbaycan SSR Ali Sovetinin deputatı (3-cü çağırış — 1951–1954, 6-cı və 11-ci çağırışlar — 1963–1990).[3]

Cəld faktlar Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, Sonrakı ...
Mikayıl Useynov
Thumb
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri
1947 1992
Sonrakıİlham Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 6 (19) aprel 1905
Doğum yeri
Vəfat tarixi 7 oktyabr 1992(1992-10-07) (87 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti memar, siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi memar
Elmi dərəcəsi

Təltifləri
Sosialist Əməyi Qəhrəmanı  — 1985
"Lenin" ordeni  — 1985 "Lenin" ordeni  — 1958 "Lenin" ordeni  — 1946
"Qırmızı əmək bayrağı" ordeni  — 1951 "Qırmızı əmək bayrağı" ordeni  — 1939
"SSRİ xalq memarı" fəxri adı  — 1970 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1940 "Stalin" mükafatı  — 1941
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Mikayıl Useynov 19 aprel 1905-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir.[4] 1922–1929-cu illərdə M. Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunda mühəndis-inşaat fakültəsinin mühəndis-memar ixtisası üzrə təhsil almışdır.[2][5]

1930–1959-cu illərdə memar, sonradan isə "Azərdövlətmemarlayihə"də (indiki "Azərdövlətlayihə" DBLİ) 1-ci memarlıq emalatxanasının rəhbəri olmuş, 1960–1990 illərdə məsləhətçi (konsultant) işləmişdir. 1947–1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur. 1945-ci ildə Azərbaycan SSR EA-nın fizika — texniki elmlər və neft bölməsi üzrə həqiqi üzvü (akademik) oldu. İlk memarlıq və nəzəri əsərlərini 1946-cı ilədək Sadıq Dadaşovla birgə yaratmışdır. 1948–1988-ci illərdə Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib. 1982 ildə Bakı şəhərinin fəxri vətəndaşı seçilmişdir.[5]

1992-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskva şöbəsinə fəxri üzv seçilmişdir. Eyni ildə M. Useynovun təşəbbüsü ilə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyası yaradıldı və ilk prezidenti Mikayıl Ələsgər oğlu Useynov oldu.

M. Useynov 7 oktyabr 1992-ci ildə Bakıda vəfat etmiş,[3] I Fəxri Xiyabanda dəfn edilmişdir

Yaradıcılığı

Az vaxtda onun layihələri əsasında Bakı, Gəncə, Naxçıvan, Şəki, eləcə də Düşənbə, Moskva və s. şəhərlərdə mədəni-məişət binaları tikilmişdir. Şərq və Qərb memarlıq məktəbinin sintezindan yararlanan Mikayıl Useynov əzəmətli yaşayış və ictimai binaların lahiyələrini hazırlayıb. Bakıdakı "Alimlər evi" (1946), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1937–1939), Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi (1946), Nizami Kino Mərkəzi (1937–1939), Azərbaycan Politexnik İnstitutu (1931–1933), "Bakı Soveti" işçiləri üçün yaşayış (hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti binası, 1938–1941) binaları onun layihələri əsasında inşa olunub. Memarın simmetrik kompozisiya şəklində həll edilmiş layihəsinə əsasən Hökumət Evinin yaninda 10 mərtəbəli 2 yaşayış binası, 16 mərtəbəli evlər (hamısı 1970 illər), Lenin meydanının qərb tərəfində 16 mərtəbəli "Azərbaycan" (1969; SSRİ Nazirlər Sovetinin mükafatı, 1978), şərq hissəsində isə "Abşeron" (1985) mehmanxanaları tikilmişdir.[4] Useynovun 1960–1980-ci illər yaradıcılıq fəaliyyətində Bakıda V. İ. Lenin meydanı ansamblının tikintisi əhəmiyyətli yer tutur.[6]

İngiltərə kraliçası II Yelizavetanın himayəsi altında olan "Böyük Britaniya Asiya Cəmiyyəti" tərəfindən 1985-ci ildə təşkil edilmiş "Bakının memarlığı" sərgisində akademik M. Useynovun əsərləri nümayiş etdirildi. Sərgi materiallarına keçirilən baxış və müzakirələrdən sonra M. Useynovu B. Britaniya və İrlandiya Krallığının Asiya cəmiyyətinin Fəxri üzvü seçdilər.[3]

Əsərləri (şəkil)

Əsərləri (siyahı)

Mükafatları

İstinadlar

Ədəbiyyat

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.