From Wikipedia, the free encyclopedia
Meri Ceyn Rid (ing. Mary Jane Read; 1685[1], London – 28 aprel 1721[1][2], Port-Royal[d]) — ingilis dəniz qulduru.
Uşaqlıqdan Meri özünü oğlan kimi göstərməyə məcbur olmuşdur. Dul qadın olan anası varlı qayınanasının şübhəsini cəlb etməmək üçün nikahdankənar qızına erkən vəfat etmiş oğlunun paltarını geyindirmişdir. Meri 15 yaşında Flandriyaya getmiş, burada kişi qiyafəsində və Villi[3] kişi adı ilə kadet kimi piyada alayına yazılmışdır. Karyera yüksəlişinə nail ola bilmədiyinə görə piyada ilə vidalaşmış və süvarilərdə xidmət etməyə getmişdir. Burada bir neçə parlaq əməliyyat keçirmiş və komandir heyətinin hörmətini qazanmışdır.
Tezliklə gənc Meri silah yoldaşı olan bir zabit ilə evlənmişdir. Merinin sonrakı həyatı ərinin gözlənilməz ölümü ilə alt-üst olmuşdur. Dul qalmış qadın yenidən kişi obrazına qayıtmalı olmuşdur. O, orada yeni bir həyata başlamaq üçün Hollandiya gəmisi ilə Qərbi Hindistana getmişdir. Bununla belə, gəmi ingilis quldurları tərəfindən tutulmuş, onlar gəmini qarət etdikdən sonra daha da üzmək üçün buraxmışdılar, lakin gəmidəki "yeganə ingilis" olan Meri Rid onlar tərəfindən dəniz quldurluğuna cəlb edilmişdir. Pirat gəmisində Enn Bonni ilə tanış olmuş və onlar kapitan Cek Rekhem ilə birlikdə yaşamağa başlamışdılar. 1720-ci ildə ekipaj Yamayka qubernatoru tərəfindən əsir götürülmüşdür. Meri də hamı kimi edam cəzasına məhkum edilmişdi, lakin Enn kimi onun cəzası hamiləlik səbəbiylə gecikdirilmişdi.
Meri 1721-ci ildə həbsxanada vəfat etmişdir. Ölümün səbəbi bilinmir, lakin iki versiya hallanır: doğuş zamanı ölüm və ya gizli qətl.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.