Amerikalı müğənni-mahnı yazarı From Wikipedia, the free encyclopedia
Melani Adel Martines (ing. Melanie Adele Martinez; 28 aprel 1995[1][2], Astoriya, Kuins[3][4]) — amerikalı müğənni-mahnı yazarı. O, 2012-ci ildə ABŞ-də yayımlanan "The Voice" müsabiqəsindəki uğurlu iştirakından sonra, Atlantic Records ilə müqaviə bağlamış və ilk sinqlı "Dollhouse", ardınca eyniadlı mini-albomunu yayımlamışdır.
Melani Martines | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Melanie Adele Martinez |
Doğum tarixi | 28 aprel 1995[1][2] (29 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, gitaraçı, kinorejissor, bəstəkar, aktrisa, söz yazıçısı[d] |
Fəaliyyət illəri | 2012-ci ildən |
Janrlar | emo pop[d], indi-pop, elektronika, R&B |
Musiqi alətləri | gitara |
Səs tembri | messo-soprano[5] |
Albom şirkəti | Atlantic |
Təhsili |
|
melaniemartinezmusic.com — Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Melaninin 2014-cü ildə buraxdığı ilk studiya albomu "Cry Baby" Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən ikiqat platin sertifikatına layiq görüldü.[6] Onun "Sippy Cup", "Mad Hatter", "Mrs. Potato Head", "Cry Baby",[7] "Pacify Her"[8] və "Soap"[9] mahnılarının hamısı ABŞ-də qızıl sertifikata layiq görülmüşdür, həmçinin onun "Dollhouse"[10] və "Pity Party"[11] mahnıları RIAA tərəfindən platin sertifikatı almışdır.
Melani ikinci studiya albomu "K-12" ilə birlikdə Cry Baby hekayə xəttini davam etdirdi. Onun 2020-ci ildə dördüncü mini-albomu "After School" buraxıldı. Melaninin üçüncü studiya albomu "Portals" 31 mart 2023-cü ildə işıq üzü gördü.
Melani Adel Martines[12] 28 aprel 1995-ci ildə[13] Kuinsin Astoriya məhəlləsində[14] Puerto-Riko və Dominikan kökənli[15][16] Meri və Xose Martinesin[17] ailəsində dünyaya gəlib. Anası onun adını Katarina qoymağı planlaşdırıdı, lakin Melani adını seçməyə qərar verdi. Melani dörd yaşında olarkən valideynləri ilə birlikdə Lonq-Aylend-də yerləşən Baldvinə köçüb.[14] O, Brendi, Britni Spirs, Şakira, The Beatles, Tupak Şakur, The Notorious B.I.G. və Kristina Aqilera kimi musiqiçiləri dinləyərək böyümüşdür,[18][19][20] uşaq ikən onun arzusu müğənni olmaq idi.[21]
Melani Plaza İbtidai Məktəbində (ing. Plaza Elementary School) oxuyub, mahnı oxumağı ona müəllimi cənab Nadien öyrətmişdir.[14] Melani uşaq bağçasında şeir yazmağa başlayıb.[22] O, böyüyərkən çox az dostu olduğunu, emosional və duyğularını ifadə etməkdə çətinliklər çəkdiyini buna görə də evdən çölə çıxmadığı bildirib.[23] O, fotoqraflıq və rəssamlıqla məşğul olub.[24] Uşaqkən onu emosional olduğu üçün Cry Baby (azərb. "ağlağan körpə") adlandırıblar, Melani bunun ilk albomu olan "Cry Baby"nin yaranmasına səbəb olduğunu qeyd etmişdir.[23][25][26][27]
Melani seksuallığı haqqında danışmaqdan çəkindiyini, biseksual olduğunu üçün latın amerikan valideynlərinin bunu qəbul etməyəcəyini düşünürdü. Onun sözlərinə görə valideynləri hazırda onun seksuallığını tam olaraq qəbul edir.[28]
On dörd yaşında olarkən internetdən sevdiyi mahnıların akkordlarına baxaraq öz-özünə gitara çalmağı öyrəndiyini, bu akkordların üzərinə şeirlərini əlavə edərək ilk mahnısını yaratdığını qeyd edib,[23][29] sonralar gitara çalmağın artıq keçmişdə qaldığını bildirib.[24][26][27][30] Melani Baldvin Liseyindən (ing. Baldwin High School) məzun olub.[31][32]
Melani 2012-ci ildə, 11-ci sinifdə oxuyarkən televiziyada yayımlanan istedad müsabiqəsi MSG Varsity Talent Show-da iştirak etdi. O, The Beatles qrupunun və Barrett Stronqun "Money (That's What I Want)" və The Four Tops-un "Shake Me, Wake Me (When It's Bit)" mahnılarını ifa etdi. O, ikinci turda mübarizədən kənarlaşdırıldı.[33]
Melani daha sonra 2012-ci ildə The Voice-in üçüncü mövsümü üçün seçmələrə qatıldı.[23] O, seçimlərdən əvvəl verilişə baxmamışdı. İlk televiziyada göstərilməyən seçmələr Javits Mərkəzində keçirilən açıq audisiya idi. Onun dediyinə görə seçmələrə gedərkən anasının maşını Kuins-Midtoun tunelinə çatmazdan əvvəl xarab oldu və ikisi ora çatmaq üçün taksi ilə "avtostopla" getməyə məcbur oldular. Bundan bir neçə ay sonra Melani, Ruzvelt Field Mall-da olarkən, "ikinci raunda" yüksəldiyi xəbərini aldı. O, nəhayət şou üçün seçilənə qədər bir neçə dəfə geri çağırış aldı.[14]
Melani Britni Spirsin "Toxic" mahnısını oxumaq üçün sınaqdan keçdi. Dörd münsifdən üçü, Adam Levin, Si Lo Qrin və Bleyk Şelton onun üçün "Mən səni istəyirəm" düyməsini basdı. Melani məşqçisi kimi Adam Levini seçdi.[34]
Melani rəqabət mərhələsində Keytlin Mişel ilə yarışdı. Onlar Elli Qoldinqin "Lights" mahnısının duet ifasını etdilər. Melani qalib gəldi və Nokaut raunduna keçdi. Mişel Si Lo Qrin tərəfindən götürüldü və davam etdi. Melani nokaut mərhələsində Sem Ceymslə yarışdı. O, La Rouxun "Bulletproof" mahnısını oxumağı seçdi. Levin Ceymsi aradan qaldırdı və Melani, Adam Komandasının qalan beş üzvündən biri kimi Canlı Turlara keçdi. Canlı turların birində Melani "Hit the Road Jack" mahnısını ifa etdi. İctimai səsvermə zamanı Adam komandasının üzvləri Amanda Broun və Brayan Keiti xilas etdi.
Daha sonra Levin müsabiqədə qalması üçün Loren Allred və Cozelin Rivera əvəzinə Melanini seçdi. Üçüncü həftədə Melaninin "Seven Nation Army" ifası səsvermə dövrünü iTunes Top 200 sinql hit-paradında 10-cu yerdə tamamladı və onun səsləri on dəfə çoxaldı.[35] Dördüncü həftədə bu yenidən baş verdi, "Too Close" səsvermə müddətini 6-cı yerdə tamamladı.[36] Beşinci həftədə tamaşaçıların səsverməsi ilə, Melani Adam komandasının üzvü Amanda Braun ilə birlikdə seçkidən kənarlaşdırıldı, bu Levinin sənətçisiz qalmasına səbəb oldu. Melani bu haqda dedi: "Mən heç vaxt bu qədər uzağa çatacağımı gözləmirdim və bu xəyal etdiyimdən də artıqdır. Bir sənətçi kimi kim olduğumu ifadə etdiyim və insanlara həqiqətən toxunduğum üçün çox şadam."[37]
Raund | Mahnı | Orijinal sənətçi | Tarix | Sıra | Nəticə |
---|---|---|---|---|---|
Görmədən dinləmə | "Toxic" | Britni Spirs | 7 sentyabr 2012 | 4.1 | 3 kreslo çevrilərək Adam komandasına qoşuldu |
Döyüş raundu | "Lights" (vs. Caitlin Michelle) | Elli Qoldinq | 15 oktyabr 2012 | 11.5 | Məşqçi tərəfindən xilas edildi |
Nakaut raundu | "Bulletproof" (vs. Sam James) | La Roux | 29 oktyabr 2012 | 16.5 | Məşqçi tərəfindən xilas edildi |
Canlı pley-off | "Hit the Road Jack" | Rey Çarlz | 5 noyabr 2012 | 18.3 | Güvəndə (Məşqçi xilası) |
Top 12 | "Cough Syrup" | Young the Giant | 12 noyabr 2012 | 21.9 | Səsvermə nəticəsində xilas oldu |
Top 10 | "Seven Nation Army" | The White Stripes | 19 noyabr 2012 | 23.3 | Səsvermə nəticəsində xilas oldu |
Top 8 | "Too Close" | Alex Clare | 26 noyabr 2012 | 25.4 | Səsvermə nəticəsində xilas oldu |
Top 6 | "The Show" (Məşqçinin seçimi) | Lenka | 3 dekabr 2012 | 27.10 | Kənarlaşdırıldı |
"Crazy" (Sənətçinin seçimi) | Gnarls Barkley | 27.6 |
Melani şoudan sonra 2013-cü ilin çox hissəsini yazmağa sərf etdiyi orijinal material üzərində müstəqil olaraq işləməyə başladı. O, 9 fevral 2014-cü ildə "Dollhouse" adlı ilk sinqlını buraxdı.[38]
Daha sonra mahnının hekayəsini "Edvard Qayçıəl" filminə bənzədərək dedi: "Bu mükəmməl qazonu olan möhtəşəm evdir və hamısı eyni görünür, amma hər evin arxasında sərvət və mükəmməllik arxasında gizlənən bir qrup insan var."[39] Melani həmçinin yaratdığı Indiegogo səhifəsi ilə fanatları tərəfindən maliyə dəstəyi alaraq mahnısı üçün musiqi videosu yayımladı, saç, makiyaj və çəkilişlər onun dostları tərəfindən edildi.[15][40][41] Mahnının ərsəyə gəlməsində Nyu-Yorklu prodüserlər Kinetics & One Love-un dəstəyi oldu.[42]
Melani 7 aprel 2014-cü ildə Atlantic Records səsyazma şirkəti ilə müqavilə bağladı və qastrol səfərinə çıxacağını bildirdi. O, 19 may 2014-cü ildə "Dollhouse" adlı debüt mini-albom buraxdı.[43][44][45] Mini-albomdan olan yeganə sinql "Carousel", Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən qızıl sertifikat aldı və FX-kanalında nümayiş olunan "Amerikan Qorxu Hekayəsi: Bədheybətlər Şousu" serialının önizləməsində göstərildi.[43][46][47] Mahnı Alternativ Rəqəmsal Mahnılar hit-paradında doqquzuncu pilləyə yüksəldi. Trek üçün video da yayımlandı.
Melani 1 iyun 2015-ci ildə Lesli Qorun, "It's My Party" mahnısının sempli olan "Pity Party" sinqlını buraxdı, mahnı daha sonra RIAA tərəfindən qızıl sertifikata layiq görüldü.[48] 10 iyul 2015-ci ildə albomun ikinci sinqlı "Soap" buraxıldı.[49] Rəsmi musiqi videosu YouTube-da otuz milyondan çox baxış topladı. Alternativ Rəqəmsal Mahnılar hit-paradında on iki, Pop Rəqəmsal Mahnılar hit-paradında isə on altıncı pilləyə çatdı.[47][50][51] "Sippy Cup" 31 iyulda, on dörd gün sonra isə "Cry Baby" albomu 14 avqust 2015-ci ildə buraxıldı və tənqidçilər tərəfindən müsbət rəylər aldı.[47][52][53][54] Albom Billboard Top 200 hit-paradında 6-cı yer oldu. Melani 2015-ci ilin dekabrında Milad temalı "Gingerbread Man" sinqlını buraxdı. Mahnını "Pərəstişkarları üçün hədiyyə" olaraq 21 dekabr 2015-ci ildə SoundCloud-da yayımladı. Mahnı 2016-cı ilin yanvarında iTunes-da sinql kimi buraxıldı.[25][55] Onun "Cry Baby" mahnısının klipi 14 mart 2016-cı ildə dərc edildi.[56][57] Melaninin rejissorluq etdiyi "Alphabet Boy" üçün karaoke üslublu musiqi videosu 2 iyun 2016-cı ildə yayımlandı. Melani "Soap" və "Training Wheels" həmçinin "Tag, You're It" və "Milk and Cookies" üçün ikili musiqi videoları yayımladı.[58][59]
Melani ikinci albomun yazılmasını tamamladı və onları Cry Baby-nin məhəlləsində yaşayan personajların hekayələri kimi təsvir etdi.[26][60] 2016-cı ilin oktyabrında o, Cry Baby Perfume Milk adlı ətri üçün reklam çarxı buraxdı. Bu, birbaşa Melaninin səsyazma leybl Atlantic tərəfindən paylandı və bu, onları ətir yayımlayan ilk musiqi şirkəti etdi. Melani 2016-cı ilin noyabr ayında üçüncü mini-albomu, "Cry Baby's Extra Clutter"-i, buraxdı, mini-albomda Cry Baby albomundakı bonus treklər və "Gingerbread Man" sinqlı yer alırdı. O, "Pacify Her", ardınca 2016-cı ilin dekabrında "Mrs. Potato Head" üçün mahnı klipləri yayımladı.[61][62] "Mad Hatter" üçün isə video klip 23 sentyabr 2017-ci ildə yayımlandı. Cry Baby 24 fevral 2017-ci ildə Platinum sertifikatına layiq görüldü.[63][64]
Melani 2017-ci ilin mart ayında ikinci albomundan hər bir mahnının hekayəsini izah edən bir film çəkmək arzusunda olduğunu dilə gətirərək "Hazırda bir film yazıram… bu ili onun üzərində işləyərək, rejissorluq və çəkilişlə keçirəcəyəm, makiyaj və hər şey burada işim çoxdur" dedi.[65][66] Melani 5 may 2019-cu ildə albomun adını açıqlayan tizer yayımladı,[67] ardınca albomun üz qabığını və 6 sentyabrda buraxılacağını bir gün sonra Instagram üzərindən təqdim etdi.[68][69] Film dünyada seçilmiş bəzi kinoteatrlarında nümayiş olunduğu halda, Melani filmi YouTube-a da yerləşdirdi və onu endirilə bilən "K-12" versiyasına daxil etdi. Melani PeopleTV-yə verdiyi müsahibədə "K-12" albomunu və filmini davam etdirməyi, iki davam və iki vizual albom hazırlamağı planlaşdırdığını qeyd etdi: "Növbəti filmimdə nə etmək istədiyimi planlaşdırdım, ondan sonrakı film və hər ikisinin də albomları var… Ümid edirəm ki, bu dəfə proses daha sürətli olacaq və dörd il falan olmayacaq, çünki mən bunu ən azı bir dəfə etmişəm və lazım olan hər şeyin yolunu öyrənib və tapmışam" dedi.[70]
Melani 2020-ci ilin yanvar ayında Instaqram hekayələri vasitəsilə "After School" adlı mini-albom buraxacağını elan etdi. Mini-albom K-12-nin delüks versiyası kimi buraxıldı, lakin bu hekayə baxımından K-12 ilə əlaqəli deyildi.[71] 10 fevral 2020-ci ildə After School-dan "Copy Cat" adlı ilk sinql buraxıldı.[72] Mahnıda amerikalı reper və bəstəkar Tierra Vak iştirak etdi. Melani mahnılarında ilk dəfə olaraq başqa sənətçi ilə əməkdaşlıq etdi.[73] 26 iyun 2020-ci ildə mini-albomdan "Fire Drill" adlı ikinci sinq buraxıldı. Mahnı əvvəllər onun "K-12" filminin sonunda səslənmişdi.[74]
"Cry Baby"nin delüks versiyasında buraxılmış "Play Date" mahnısı 2020-ci ildə video paylaşma tətbiqi olan TikTok-da populyarlıq əldə etdi, həmçinin ABŞ-də Spotify-da ən çox oxunan 100 mahnıdan biri oldu.[75]
Melani 18 fevral 2023-cü ildə bütün Instagram paylaşımlarını arxivləşdirdikdən sonra dumanlı, yuxuya bənzəyən meşədəki göbələyin gövdəsində "RIP Cry Baby" həkk olunmuş, yeni mahnıdan tizer paylaşdı. Növbəti bir neçə gün o bütün sosial media platformalarında yeni mahnılarından snippetlər yerləşdirməyə başladı.[76] 22 fevral 2023-cü ildə "Portals"-ın buraxılış tarixi həmçinin albomun şəkli və adı məlum oldu.
Melaninin musiqisi pop,[19][77][78] alternativ pop,[79] art pop,[80] elektropop,[81] emo pop[82] və qaranlıq pop[83] kimi bilinir.
Onun debüt albomu "Cry Baby" və ikinci albomu "K-12" hip-hop və R&B tonlarına malikdir.[84][85]
Melaninin mahnılarının mövzusu adətən şəxsi təcrübələrə əsaslanır.[86] Öz musiqisini "çox qaranlıq və dürüst", "uşaq pianoları, musiqi qutuları və oyuncaqlar kimi qorxuducu nostalji uşaq səsləri ilə, hip hop/trapdan ilhamlanmış ritmlər" kimi təsvir edir.[87] Melaninin musiqisi The Guardian tərəfindən "qeyri-adi, söyüşlü elektropop: kimi təsvir edilmişdir.[81] Melani baş qəhrəman Cry Baby-ni özünün "nağıl" versiyası kimi təsvir edir.[88]
Melani ilham mənbəyi kimi Beatles,[89] Neutral Milk Hotel, Feist, Kimbra,[14] Zoui Deşanel, Regina Spektor,[33] və CocoRosie-ni göstərdi. Onun musiqisinə təsir edən xüsusi albomlara Fiona Epplin "The Idler Wheel…" və Ariana Qrandenin "Yours Truly" və "My Everything" daxildir.[15] Uşaq ikən atasının evdə tez-tez hip hop musiqisi dinləməsinin, onun musiqisinə təsir etdiyini bildirir.[31][90]
Melani həmçinin Mark Rayden, Aleksandra Waliszewska və Nicoletta Ceccoli-nin rəsmlərindən ilham aldığını bildirir.[16][91] O, Tim Burton-dan təsirləndiyini və onunla film çəkmək arzusunda olduğunu da qeyd edib.[30][92]
Melani biseksualdır.[93]
Melani iki "eksklüziv" dodaq boyası buraxmaq üçün kosmetika şirkəti Lime Crime, Inc ilə əməkdaşlıq etdi: 17 avqust 2015-ci ildə "Cry Baby" adlı mavi pomada və 9 mart 2016-cı ildə "Teddy Bear" adlı qəhvəyi dodaq boyası.[94] 25 oktyabr 2016-cı ildə o, Cry Baby Perfume Milk adlı yeni ətir üçün reklam çarxını buraxdı. Ətirin buraxılışını Melaninin musiqi şirkəti Atlantic Records etdi.
Melani on altı yaşında "101 Dalmatin" filminə baxdıqdan sonra saçının yarısını Cruella de Vil ilə eyni şəkildə sarıya boyadı.[19][92][95] O, görünüşü, eləcə də musiqi videolarında və ifa zamanı "körpə kuklası"dan ilhamlanmış geyimləri ilə tanındı.[96]
4 dekabr 2017-ci ildə bir vaxtlar Melaninin rəfiqəsi olan Timothy Heller, Twitter-də ciddi ittiham irəli sürdü. Heller Melaninin ona təcavüz etdiyini iddia etdi.[97] Ertəsi gün Melani Hellerin ittihamlarına cavab yazaraq, iddiaların onu "dəhşətə saldığını və kədərləndirdiyini" və Hellerin "heç vaxt birlikdə etməyi seçdikləri şeyə yox demədiyini" söylədi.[98][99] Melani 9 dekabr 2017-ci ildə, Hellerin "yalan ifadələrinə" cavab olaraq ikinci bəyanatını verdi. O, bunları dedi: "…Mən heç vaxt kimsə ilə onun razılığı olmadan intim münasibət qurmamışam".[100][101] Daha sonra Melani, Hellerin ittihamlarına cavab olaraq SoundCloud-da "Piggyback" mahnısını yayımladı.[102][103]
Studiya albomları
İl | Adı | Rol | Qeyd | |
---|---|---|---|---|
2019 | K-12 | Cry Baby | Ssenari müəllifi, rejissor, geyim dizayneri, bəstəkar |
İll | Adı | Rol | Qeyd |
---|---|---|---|
2012 | The Voice | Özü | 3-cü mövsüm |
İl | Adı | Rol | Qeyd |
---|---|---|---|
2019–2020 | Extra Credit | Özü | YouTube Premium |
Əsas
Dəstək
Mükafat | İl | Kateqoriya | İş | Nəticə | Ref. |
---|---|---|---|---|---|
Billboard Music Awards | 2020 | Top Soundtrack | K-12 | Namizəd | [104] |
Music Society Awards | 2016 | Alternative or Indie Recording of the Year | "Soap" | Qazandı | [105] |
Alternative or Indie Album of the Year | Cry Baby | Qazandı | |||
Album of the Year | Namizəd | ||||
2017 | Female Artist of the Year (Alternative or Indie) | Özü | Qazandı | [106] | |
Best Film or Music Video | "Mrs. Potato Head" | Namizəd | |||
Breakthrough Long Form Video | "Cry Baby" | Namizəd | |||
Nickelodeon Mexico Kids' Choice Awards | 2020 | Challenge of the Year | "Play Date" | Namizəd | [107] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.