Mehmed Səlahəddin Əfəndi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Mehmed Səlahəddin Əfəndi (6 avqust 1861, İstanbul – 29 aprel 1915, İstanbul) — 33. Osmanlı sultanı V Muradın böyük oğlu, Osmanlı şahzadəsi.
Mehmed Səlahəddin Əfəndi | |
---|---|
محمد صلاح الدين أفندي | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (53 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | V Murad |
Anası | Rəftaridil Qadınəfəndi |
Həyat yoldaşları |
Dilazər xanım Tövhidə Zatıgül xanım Naziknaz xanım Gültər xanım Jaləfər xanım Cəmilə Dilbəstən xanım |
Uşaqları |
Ayşə Beyhan Sultan Cəlilə Sultan Ruqiyə Sultan Adilə Sultan Mehmed Əfəndi Əminə Atiyə Sultan Mehmed Livaəddin Əfəndi Behiyə Sultan Əhməd Nihad Əfəndi Safiyə Sultan Osman Fuad Əfəndi Mehmed Nəcad Əfəndi Mehmed Namiq Əfəndi |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Şahzadə Mehmed Səlahəddin Əfəndi 5 avqust 1861-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Anası Rəftaridil Qadınəfəndidir. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Vahidəddin Əfəndi, Cəlaləddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Sarayda xüsusi təhsil almış, 15 yaşında ikən atası V Murad taxta çıxmış ancaq bir neçə ay sonra devrilərək Çırağan sarayına həbs edilmişdir. Gənclik illəri bu sarayda güclü nəzarət altında keçmiş, 1904-cü ildə atasının vəfatından sonra digər ailə üzvləri ilə birlikdə saraydan ayrılmışdır. Bu illərdə yazmağa başladığı xatirələri özünün və qardaş-bacılarının çəkdiyi əziyyətlərdən bəhs edir.
29 aprel 1915-ci ildə Üsküdar sarayında 53 yaşında vəfat etmiş, Yəhya Əfəndi türbəsinə dəfn edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.