From Wikipedia, the free encyclopedia
Masamiçi Şinmey (新明正道, Şinmey Masamiçi?, 24 fevral 1898, Taypey, Yaponiya imperiyası – 20 avqust 1984) – Yaponiya sosioloqu.
1898-ci ildə Yaponiyanın koloniyası olan Tayvanda doğulmuşdur.[1] 1921-ci ildə Tokio Universitetinin hüquq fakültəsindən məzun olmuşdur. 1926-cı ildə Tohoku Universitetinin köməkçi professoru təyin olunmuşdur. Bir müddət Avropada təhsil aldıqdan sonra Tohoku Universitetinin ədəbiyyat fakültəsinin professoru olmuşdur.[2]
Şinmey ümumi sosiologiya, tarixi sosiologiya və praktiki sosiologiyanı birləşdirən nəzəri sistemin yaradıcısı olmuşdur.[1] Proqressiv və sosial problemlərə toxunan sosioloq olmuşdur.[2] O, ABŞ sosiologiyasının bir sıra anlayışlarını Yaponiyaya gətirərək və müxtəlif sosial nəzəriyyələrin inkişafını sistematik tədqiq edərək Yaponiyada sosiologiyanın inkişafı üçün töhfə vermişdir. 1944-cü ildə "Sosiologiya lüğəti" (Şakayqaku citen) adlı sosial elmlər lüğətini tərtib etmişdir.[1]
Şinmeyin digər əsərlərinə "Cəmiyyətin mahiyyəti" (Şakay honşitsu ron, 1942), "Sosiologiya tarixinin xülasəsi" (Şakayqaku şi qaysetsu, 1954) və 11 cildlik "Masamiçi Şinmeyin seçilmiş əsərləri" (Şinmey Masamiçi çosakuşu, 1976–1984) daxildir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.