From Wikipedia, the free encyclopedia
Martin Karplus (15 mart 1930[1][2][…], Vyana, Avstriya[3]) — amerikalı nəzəri kimyaçı, Maykl Levitt və Ari Varşel ilə birlikdə "Mürəkkəb kimyəvi sistemlər üçün çoxölçülü modellərin təkmilləşdirilməsinə görə" 2013-cü il kimya üzrə Nobel mükafatı laureatıdır.
Martin Karplus | |
---|---|
Doğum tarixi | 15 mart 1930[1][2][…] (94 yaş) |
Doğum yeri | |
Elm sahələri | nəzəri kimya[d][4] |
İş yerləri | |
Təhsili |
|
Elmi rəhbəri | Laynus Polinq |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
ABŞ Milli Elmlər Akademiyasının üzvü (1967 il-ci ildən),[6] London Kral Cəmiyyətinin əcnəbi üzvü (2000-ci ildən),[7] Avstriya Elmlər Akademiyasının fəxri üzvüdür (2015-ci ildən).[8]
Martin Karplus 15 mart 1930-cu ildə Vyanada, Qrinzinqdə yəhudi ailəsində anadan olmuşdur; 1938-ci ildə anşlussdan sonra anası və qardaşı ilə birlikdə İsveçrədən keçərək nasistlərin əlindən ABŞ-a qaçmışdılar (atası o zaman həbs edilmişdi). Onun ailəsi onilliklər boyu tibblə əlaqəli idi, belə ki, babası İohann Pol Karplus (1866–1936) məşhur neyrofizioloq, Vyana şəhərinin Şəhər Nevroloji Mərkəzinin nevrologiya və psixiatriya professoru idi, Liben-Auşpiz ailə sarayında yaşayırdı; digər babası isə — Odessa əsilli Samuil Abramoviç Qoldşteyn (1865–1939) — revmatoloq və məşhur Vyana klinikasının və palçıq vannası "Fango Heilanstalt"ın direktoru idi.[9][10][11][12][13]ABŞ-a gəldikdən sonra ailə atasının böyük qardaşı, mühəndis və "Variak" dəyişən transformatorunun ixtiraçısı olan (1933-cü ildə ixtira edilmişdir) Eduard Karplusun (1899–1979) artıq yaşadığı Boston ətrafında yerləşən Brayton şəhərində məskunlaşmışdırlar.[14][15]
M. Karplus 1950-ci ildə Harvard Universitetində İncəsənət üzrə Bakalavr dərəcəsini almışdır. Daha sonra o, Kaliforniya Texnologiya İnstitutunda Laynus Polling ilə işləmiş və 1953-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1953–1955-ci illərdə M. Karplus Milli Elm Fondundan olan Çarlz Koulsonla birlikdə Oksford Universitetində çalışmışdırlar. 1995-ci ildən M. Karplus Strasburq Universitetində professor vəzifəsində işləmişdir.[16][17]
M. Karplusun tədqiqatları fiziki kimya, NMR(nüvə maqnit rezonansı) spektroskopiyası(maqnit sahəsi gərginliyinin rezonans həyəcanlamaya təsiri), kimyəvi kinetika, kvant kimyası və ilk növbədə bioloji makromolekulların modelləşdirilməsinə tətbiq edilən klassik molekulyar dinamika metodu kimi elm sahələrini əhatə edir. Bundan əlavə, M. Karplus spin-spin qarşılıqlı təsiri və Elektron paramaqnit rezonansı ilə bağlı (EPR) müxtəlif tədqiqatlar aparmışdır. Bu qarşılıqlı əlaqə kimyəvi molekullarda nüvələrin müxtəlif spin vəziyyətləri arasında keçidlər nəticəsində baş verir ki, bu da NMR siqnallarının parçalanmasına səbəb olur.
Hazırda Karplus bioloji obyektlərin molekullarının xassələrinin tədqiqi ilə məşğuldur. Onun qrupu klassik molekulyar dinamika üçün CHARMM proqramını (Enerji funksiyalarının tam dəsti, bir çox qabaqcıl seçmə üsulları və QM/MM, MM/CG və bir sıra gizli həlledici modellər daxil olmaqla çoxölçülü metodlara dəstək olan çoxölçülü üsullarla geniş tətbiqi olan molekulyar modelləşdirmə proqramı) inkişaf etdirir. M. Karplus Beynəlxalq Kvant Molekulyar Elmlər Akademiyasının üzvüdür. 1955-ci ildən bəri M. Karplus Urbana-Şampeyn İllinoys Universitetində, Kolumbiya Universitetində və Harvard Universitetində 200-dən çox alim yetişdirmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.