Manufaxi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Manufaxi (tetum Manufahi) — 13 Şərqi Timorun dairəsindən biri. Dairənin inzibati mərkəzi — Same şəhəridir. Dairənin sahəsi 1326,60 km² təşkil edir.
Dairə | |
Manufaxi | |
---|---|
tetum Manufahi | |
9°00′00″ c. e. 125°47′00″ ş. u.HGYO | |
Ölkə | Şərqi Timor |
Daxili bölgüsü | 4 rayon |
Tarixi və coğrafiyası | |
Sahəsi | 1326.6 km² |
Əhalisi | |
Əhalisi | 48628[1] (11-ci yer) nəfər (2010) |
Sıxlığı | 36,7[2] (6-cı yer) |
Vikianbarda əlaqəli mediafayllar |
Ölkənin mərkəzi hissəsinin cənubunda yerləşmişdir. Manatutu dairəsi ilə şərqdən, Aynara ilə qərbdən, Ayleu dairəsi ilə isə şimaldan həmsərhəddir. Cənubda Timor dənizinin sularıyla yuyulur. Şimalda əsasən dağlıq ərazi ilə əhatələnmişdir. Cənubda isə alçaq tipli düzənliklərdən təşkil olunmuşdur. Dairənin ən yüksək nöqtəsi Kabalaki dağlarıdır. Dağ dəniz səviyyəsindən 2459 m yüksəklikdə yerləşmişdir.
Məlumatlara görə 1994-cü ildə dairədəki meşələrin sahəsi 61 797 hektar olmuşdur.
Ərazilərin Portuqaliya hökmranlığı dövründə dairənin paytaxtının adı Same adını daşıyırdı. İndoneziya işğalı dövründə Xato-Udo rayonun bir hissəsi dairədən ayrıldı və Aynara daiəsinə birləşdirildi. Həmçinin Aynaraya əvvəlcə aid olmuş Turuskai rayonunun bir hissəsi də Manufaxiyə birləşdirildi.
Dairənin əhalisini məlumatlara görə 2010-cu ildə 48 628 nəfər təşkil edir. Müqayisə üçün, 2004-cü ildə dairədə 44 950 insan yaşayırdı.[3] Əhalinin sıxlığı — 36,7 nəfər/km²-dir. Əhalinin orta yaşı 18,2 il təşkil edir. 1990-cı ildən 2004-cü ilə qədər orta illik əhali artımı ildə 1,96 % təşkil edir.
Əhalinin 42,2 %-i mambai dilində danışırlar. 40,4 %-i — tetum; 7,3 %-i — lakalay; 4,6 %-i — idate və 1,7 %-i isə — isni dilində danışırlar. Həmçinin başqa yerli dillər və dialektlər də geniş yayılmışdır. Əhalinin 50,3 %-i tetum dilini bilirlər. (adları çəkilən digər dillər də daxil olmaqla, həmin dillər ikinci və üçüncüdür). Əhalinin 42,6 %-i indoneziyalı, 12,0 %-i isə portuqaliyalıdır. Əhalinin 51,9 %-i savadsızdır (qadınların 55,0 %-i və kişilərin 49,0 %-i). Yalnız əhalinin 11,8 %-i 18 ildən daha tez (qadınların 9,4 %-i və kişilərin 14,1 %-i) orta məktəbi bitirmişlər.[4]
Məlumatlara görə 2004-cü ildə əhalinin 96,3 %-i katoliklər; 3,3 %-ini — protestantlar və 0,3 %-ini — müsəlmanlar təşkil edir.[5]
İnzibati cəhətdən Manufaxi dairəsi 4 rayona bölünmüşdür:
Rayon | Əhalisi, nəf. (2010) |
Sahəsi, km² |
---|---|---|
Аlas | 7179 | 406,96 |
Fatuberliu | 6902 | 375,92 |
Same | 27 554 | 355,28 |
Turiskaya | 6993 | 188,44 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.