From Wikipedia, the free encyclopedia
Malik Əvəz oğlu Həsənov (15 fevral 1971, Günəşli, Cəlilabad rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi IV, V və VI çağırış deputatı.[1][2]
1971-ci il fevralın 15-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirmişdir.
1997-ci ildən Xəzər Dəniz Gəmiçiliyi İdarəsində müfəttiş, 2003-cü ildən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə şöbəsinin müdiri işləmişdir. 2007–2010-cu illərdə "Azinko holdinq" tikinti şirkətinə rəhbərlik etmişdir.
Evlidir, 3 övladı var. Malik Həsənov prezidentin köməkçisi Kərəm Həsənovun qardaşıdır.[3]
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisi IV, V və VI çağırış deputatı seçilmişdir.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.