From Wikipedia, the free encyclopedia
Maebara İssey (前原 一誠?, 28 aprel 1834, Çoşu hanı[d] – 3 dekabr 1876, Hagi[d], Yamaquçi prefekturası) – Yaponiya samurayı və aktivisti. Hikotaro və ya Haçicuro adları ilə də tanınmışdır.[1] 1876-cı ildə baş vermiş Haqi üsyanına rəhbərlik etmişdir.
Maebara İssey | |
---|---|
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | (42 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Maebara İssey 1834-cü ildə Çoşu hanında aşağı rütbəli samuray ailəsində doğulmuşdur. Şoqunluğa qarşı olan aktivist və intellektual Yoşida Şoinin özəl məktəbinə qatılmışdır. Maebara 1860-cı ildən etibarən şoqunluğa qarşı təşkil olunmuş fəaliyyətlərə qatılmağa başlamışdır. 1864-cü ildə Çoşu hanında baş vermiş üsyana qatılmış, 1868-ci ildə Meyci islahatının baş verməsində rol oynamışdır. Əvvəlcə Eçiqo əyalətinin qubernatoru, daha sonra kabinet müşaviri təyin olunmuşdur. Bir müddət müharibə naziri vəzifəsini tutsa da,[2] 1870-ci ildə xəstəliyinə görə bu vəzifədən istefa vermişdir.[3]
Maebara 1874-cü ildə Eto Şinpey tərəfindən qaldırımış Saqa üsyanını yatırmışdır. Lakin o, hökumətin bir sıra siyasətindən narazı qalmışdır. O, Meyci hökumətindən ayrıldıqdan sonra Çoşuya qayıtmış və hökumətin samuraylarla bağlı apardığı islahatlardan narazı qalmış, samurayların malik olduqları imtiyazların ləğv olunmasına etiraz etmişdir.[2] Maebara 1876-cı ilin oktyabrında Çoşu hanından olan keçmiş samurayları bir araya gətirərək Haqi üsyanını başlatmışdır. Lakin üsyan hökumət qüvvələri tərəfindən yatırılmışdır. Maebara yaxalanmış, həbs olunmuş və həmin il edam olunmuşdur.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.