Remove ads
Azərbaycan cüdoçusu From Wikipedia, the free encyclopedia
Məmmədəli Mehdiyev (9 aprel 1993, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu.[1]
Məmmədəli Mehdiyev | |||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||
Tam adı | Məmmədəli Mehdiyev | ||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||||||||
Doğum tarixi | 9 aprel 1993 (31 yaş) | ||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||
Boyu | 190 sm. (5 ft 6 in) | ||||||||||||||||||||||
İdman növü | Cüdo | ||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Məmmədəli Mehdiyev 2011-ci ilin noyabrında 18 yaşında Azərbaycan Çempionatının qızıl medalına sahib oldu. Bu onun birinci ciddi uğuru idi. 2012-ci il ərzində Məmmədəli Mehdiyev gənclər arasında beynəlxalq turnirlərdə, həmçinin mayda Azərbaycanda baş tutan IJF Qran-Pri beynəlxalq turnirində bürünc medallara sahib oldu.
Məmmədəli Mehdiyev üçün 2013-cü il də uğurlu oldu. Yunanıstanda və Almaniyada gənclər arasında beynəlxalq turnirləri, Gürcüstanda isə European Open beynəlxalq turnirini bürünc medalla başa vuran Məmmədəli Mehdiyev iyulda Kazan şəhərində (Rusiya) baş tutan Universiada Oyunlarında bürünc medalın sahibi oldu. İlin nüfuzlu turnirlərində isə Məmmədəli Mehdiyev Sarayevo şəhərində (Bosniya və Herseqovina) gənclər arasında Avropa Çempionatında və Lyublyana şəhərində (Sloveniya) gənclər arasında Dünya Çempionatlarında da bürünc medalların sahibi oldu.
2014-cü il ərzində Məmmədəli Mehdiyev Azərbaycanda və Cənubi Koreyada baş tutan IJF Qran-Pri seriyalı beynəlxalq turnirlərdə müvafiq olaraq bürünc və gümüş medallara sahib oldu. 2015-ci il isə Məmmədəli Mehdiyev üçün uğursuz mövsüm oldu. Məmmədəli Mehdiyev African Open və Oceania Open beynəlxalq turnirlərini müvafiq olaraq bürünc və qızıl medallarla başa vurdu.
Daha sonra Məmmədəli Mehdiyev 2016-cı ildə əvvəl European Open beynəlxalq turnirinin finalçısı, sonra da African Open beynəlxalq turnirinin qalibi oldu. IJF Qran-Pri seriyalı beynəlxalq turnirlərdə Məmmədəli Mehdiyev Samsun mərhələsində gümüş, Almatı mərhələsində isə bürünc medala sahib oldu. Məmmədəli Mehdiyev həm də həmin ilin aprelində Rusiyanın Kazan şəhərində baş tutan Komandalararası Avropa Çempionatını bürünc medalla başa vurdu. Mövsüm ərzində beynəlxalq turnirlərdə uğurlu nəticələrə izam atan Məmmədəli Mehdiyev IJF olimpiya reytinq cədvəlində mövqeyini yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib oldu.
Məmmədəli Mehdiyev Azərbaycanı 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Təsnifat mərhələsindən azad olan Məmmədəli Mehdiyev olimpiadanın 1/16 final mərhələsində Rusiya nümayəndəsi Kiril Denisov ilə üz-üzə gəldi. Kiril Denisov 2013 və 2015-ci illərdə Avropa Çempionatının qalibi olmuşdu. Bərabər səviyyədə baş tutan görüşdə nə Məmmədəli Mehdiyev, nə də Kiril Denisov beş dəqiqə ərzində fənd tətbiq edə bilmədi. Şido cərimə ballarının sayı da bərabər olduğuna görə qızıl hissə baş tutdu. Bu hissədə Kiril Denisov daha fəal olsa da, görüşün növbəti dəqiqələrində Məmmədəli Mehdiyev rəqibi üzərində ipponla qələbə qazandı. Bununla da Məmmədəli Mehdiyev olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Braziliya cüdoçusu Tiaqo Kamilo oldu. Rəqib təcrübəli cüdoçu idi. 34 yaşlı Tiaqo Kamilov 2007-ci ildə Dünya Çempionatının qalibi, 2000-ci il Sidney Olimpiadasının isə finalçısı idi. Görüşün birinci dəqiqələrində rəqib irəlidə olsa da, növbəti dəqiqələrdə Məmmədəli Mehdiyev rəqibini osaecomi fəndinə saldı. Rəqibini 11 saniyə fənddə saxlamağı bacaran Məmmədəli Mehdiyev nəticədə vaza-ari balı ilə hesabda önə çıxdı. Növbəti dəqiqələrdə də Məmmədəli Mehdiyev müdafiə olundu və nəticədə rəqibi üzərində qələbə qazanaraq olimpiadanın 1/4 final mərhələsinə adladı. Yarım-finala gedən yolda onun rəqibi Cənubi Koreya nümayəndəsi Kvan Don-An oldu. Rəqib son Dünya Çempionatının qalibi idi. Həmin görüşün birinci dəqiqələrindən Məmmədəli Mehdiyev müdafiə olundu. Məhz buna görə Məmmədəli Mehdiyev dörd dəfə şido cərimə balı ilə cəzalandırıldı. Qaydalara əsasən isə dörd dəfə şido cərimə balı alan cüdoçu görüşü məğlub başa vurur. Bununla belə Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşə vəsiqə verən təsəlliverici görüşdə çıxış elədi. Bu görüşdə onun rəqibi Monqolustan nümayəndəsi Lxaqvasürengiin Otqonbaatar oldu. Rəqib son Dünya Çempionatının bürünc medalçısı idi. Həmin görüşdə Məmmədəli Mehdiyev zəif təsir bağışladı və rəqibinə məğlub oldu. Bu minvalla da Məmmədəli Mehdiyev olimpiadanı yeddinci pillədə başa vurdu.[2]
2017-ci ildə Məmmədəli Mehdiyev əvvəl martda Azərbaycanda IJF Grans Slamn beynəlxalq turnirini gümüş, sonra isə mayda Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarını qızıl medalla başa vurdu. Sentyabrda Macarıstanın Budapeşt şəhərində baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vuran Məmmədəli Mehdiyev Əbu-Dabi şəhərində IJF Grand Slam beynəlxalq turnirinin bürünc medalına sahib oldu.
2018-ci il ərzində Məmmədəli Mehdiyev IJF Qran-Pri seriyalı beynəlxalq turnirlərin Antalya və Zaqreb mərhələlərində bürünc medallara, Daşkənd mərhələsində qızıl medala sahib oldu. Mövsüm ərzində Məmmədəli Mehdiyev həm də Əbu-Dabi şəhərində IJF Grand Slam beynəlxalq turnirini bürünc medalla başa vurdu, Azərbaycan Çempionatının isə qalibi oldu.
Karyerasının ən uğurlu mövsümlərindən biri 2019-cu ilə təsadüf edən Məmmədəli Mehdiyev il ərzində Təl-Əviv şəhərində IJF Qran-Pri beynəlxalq turnirini bürünc medalla başa vurdu, Almaniya və Azərbaycanda baş tutan IJF Grand Slamn beynəlxalq turnirlərində isə müvafiq olaraq qızıl və gümüş medallara sahib oldu. Həmin ilin iyununda Belarusda baş tutan Avropa Oyunlarını bürünc medalla başa vurdu Məmmədəli Mehdiyev daha sonra Çinin Uhan şəhərində baş tutan hərbçilər arasında Dünya Oyunlarının bürünc medalına sahib oldu. 2020-ci ildə isə Məmmədəli Mehdiyev Budapeşt şəhədində (Macarıstan) IJF Grand Slam beynəlxalq turnirini və Praqa şəhərində (Çexiya) Avropa Çempionatını bürünc medallarla başa vurdu.
2021-ci ilin martında Məmmədəli Mehdiyev Daşkənd şəhərində IJF Grand Slam beynəlxalq turnirini bürünc medalla başa vurdu. Həmin ilin avqustunda isə Məmmədəli Mehdiyev Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.[3] Kişilərin −60 Kq. turnirində çıxış edən −90 Kq. turnirində çıxış edən Məmmədəli Mehdiyev olimpiadanın 1/16 final mərhələsində Qazaxıstan nümayəndəsi İslam Bozbayev ilə üz-üzə gəldi.[4] Həmin görüşdə Məmmədəli Mehdiyev rəqibinə vaza-ari balı ilə qalib gəldi və 1/8 final mərhələsinə adladı.[4] Bu mərhələdə onun rəqibi Rusiya Olimpiya Komitəsinin nümayəndəsi Mixail İqolniov oldu.[4] Həmin görüşdə Məmmədəli Mehdiyev rəqibinə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.[4]
Olimpiadadan sonra Məmmədəli Mehdiyev sentyabrda Xorvatiyada IJF Qran-Pri və noyabrda Azərbaycanda IJF Grand Slam beynəlxalq turnirlərində müvafiq olaraq qızıl və gümüş medallara sahib oldu. 2022-ci ildə ərzində isə Məmmədəli Mehdiyev Fransanın Paris şəhərində və İsrailin Təl-Əviv şəhərində baş tutan IJF Grand Slam beynəlxalq turnirlərində müvafiq olaraq gümüş və qızıl medallara sahib oldu. Həmin ilin mayında Məmmədəli Mehdiyev Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatını isə bürünc medalla başa vurdu.
2023-cü ilin fevralında Təl-Əviv şəhərində IJF Grand Slam beynəlxalq turnirinin bürünc medalına sahib olan Məmmədəli Mehdiyev həmin ilin sentyabrında 30 yaşında idmanla vidalaşdı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.