Remove ads
From Wikipedia, the free encyclopedia
Məhəmməd Əmin Rəsulzadənin heykəli — Novxanı qəsəbəsində, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə ucaldılmış heykəl. Heykəl 1993-cü ildə heykəltaraş Cavanşir Dadaşov tərəfindən qranitdən hazırlanmışdır.
Məhəmməd Əmin Rəsulzadənin heykəli (Novxanı) | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı, Novxanı qəsəbəsi |
Memarlıq üslubu | monumental heykəltaraşlıq |
Heykəltaraş | Cavanşir Dadaşov |
Material | Qranit |
Heykəlin heykəltaraşı Cavanşir Dadaşov heykəli yaratması fikri və prosesi barədə Azadlıq radiosunun İz verilişinə belə demişdir:
Bir dəfə böyük şairimiz Bəxtiyar Vahabzadəni və Şirməmməd Hüseynovu Novxanıda gördüm. Onlar M.Ə. Rəsulzadənin atası Axund Molla Ələkbərin məzarını ziyarətə gəlmişdilər. Onlarla görüşdüm və çay süfrəsinə oturduq. Xeyli söhbət elədik. Mən onlardan M.Ə. Rəsulzadə haqqında geniş məlumat aldım və abidəni yaratmaq ideyası da həmin gün yarandı. |
Cavanşir Dadaşov 1990-cı ildə abidənin eskizləri üzərində işləyib:
Bir neçə variantda hazırladım. 1991-ci ildə isə artıq abidənin üzərində işləməyə başladım. Vəsaiti Bakı Kəndlər Birliyi və Novxanı camaatı topladı. Beləliklə, Ukraynadan gəlmiş qranitdən Rəsulzadənin abidəsini yaratdım. 1993-cü ildə abidənin açılışı oldu. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.