Remove ads
From Wikipedia, the free encyclopedia
Abdulla bəy Vəlizadə (Məşədi Abış bəy; 1841, Şuşa, Kaspi vilayəti – 1912, Şuşa) — şair, Baharlı tayfasının nümayəndəsi. Məşədi Əsədulla bəy Vəliyevin oğlu.
Abdulla bəy Vəlizadə | |
---|---|
Abdulla bəy Məşədi Əsədulla bəy oğlu Vəlizadə | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Kaspi vilayəti, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vətəndaşlığı | Rusiya imperiyası |
Həyat yoldaşı | Salatın xanım Adıgözəl bəy qızı Vəliyeva |
Uşaqları | Sənubər, Vəli |
Atası | Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev |
Anası | Əzəd xanım |
Fəaliyyəti | Azərbaycan şairi |
Fəaliyyət illəri | XIX-XX əsrlər |
Abdulla bəy Vəlizadə Vikimənbədə |
Abdulla bəy 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Fars və rus dillərini bilmişdir.
Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınmışdır. Anasının adı Əzəd xanımdır. Məhəmmədəli bəy Vəlizadənin kiçik qardaşıdır.
Təhsilini Şuşada alan Abdulla bəy Mir Möhsün Nəvvabın təşkil etdiyi "Məclisi-fəramuşan"ın fəal üzvü olmuş, klassik üslubda şeirlər yazmışdır.
Abdulla bəy Vəlizadə "Məclisi-fəramuşan"ın üzvü olarkən bir neçə şairlə dostluq etmiş, onlarla şeirləşmişdir. O, "Məclisi-fəramuşan"ın üzvü Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə kimi şairlərlə də şeirləşmişdir.
Şuşa şəhərində yaşayan və Abdulla bəy Vəlizadənin müasiri olan Mirzə Xosrov Axundov "Ömürdən səhifələr" (Bakı, 1992) adlı əsərində, 1944-cü ildə Mir Möhsün Nəvvabın xatirəsinə yazdığı "Şuşanın çayı" adlı şeirində Abdulla bəyin adını bir neçə yerdə ehtiramla yad etmişdir. "Poetik məclislər" (Bakı, 1987) kitabına Abdulla bəyin iki qəzəli salınmış, haqqında qısa məlumat verilmişdir.
Abdulla bəy Vəlizadə təxminən 1912-ci ildə Şuşa şəhərində vəfat etmişdir.
Abdulla bəyin Hüseynqulu bəy, Xanlar bəy, Həsənqulu bəy, Abbasqulu bəy, Cabbar bəy, Vəli Vəlizadə adlı 6 oğlu, Sənubər adlı 1 qızı olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.