Məhəmmədəli bəy Məxfi

Azərbaycanlı şair, titulyar müşavir, Məclisi-ünsün üzvü. "Əhvalati-Qarabağ" əsərinin müəllifi. From Wikipedia, the free encyclopedia

Məhəmmədəli bəy Məxfi

Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu Vəliyevazərbaycanlı şair, titulyar müşavir, Məclisi-ünsün üzvü. "Əhvalati-Qarabağ" əsərinin müəllifi.[1]

Cəld faktlar Təxəllüsü, Doğum tarixi ...
Məhəmmədəli bəy Məxfi
Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu Vəliyev
Thumb
Təxəllüsü Məxfi
Doğum tarixi
Doğum yeri Şuşa, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Dəfn yeri
Atası Məşədi Əsədulla bəy Vəliyev
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycan dili
Tanınmış əsəri Əhvalati-Qarabağ
Üzvlüyü
Məhəmmədəli bəy Məxfi Vikimənbədə
Bağla

Həyatı və yaradıcılığı

Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu 1832-ci ildə Şuşada anadan olub. Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınıb. İbtidai təhsilini atasından aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Şuşa qəza məktəbində isə rus dilini öyrənir. Şamaxı, Tiflis, İrəvanŞuşada qəza idarələrində məmur kimi fəaliyyət göstərib.[2] Mülki xidmətə tərcüməçiliklə başlayan o, öz xidmətində quberniya katibi çinindən titulyar müşavir çininə qədər yüksəlib.[3]

Məhəmmədəli bəy həm də şair olub. Məxfi təxəllüsü ilə şeirlər yazıb.[4] Füzuli ədəbi məktəbinin nümayəndəsi olan o, eyni zamanda, Molla Pənah Vaqifin ədəbi irsindən də təsirlənib.[5] Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə və digərləri öz əsərlərində ondan bəhs ediblər. XIX əsrin ikinci yarısında Xurşudbanu Natəvanın evində təşkil olunmuş "Məclisi-üns"-ün üzvü olub.[6] Əkinçi qəzetinin Qarabağ üzrə müxbiri olub.[3]

1888-ci ildə yazılmış "Əhvalati-Qarabağ" əsəri "Baharlı" təxəllüsü ilə yazılıb. Orxan Baharlı 2001-ci ildə "Əhvalati-Qarabağ" əsərinin müəllifi haqqında" adlı məqaləsində müxtəlif faktlarla "Baharlı" təxəllüsü ilə bu əsəri yazanın Məhəmmədəli bəy Məxfi olması qənaətinə gəlib.[7] Əsərinin əvvəlində onun yazılma səbəbi və mündəricatı qeyd olunub. Burada əsərin 12 fəsildən ibarət olacağı yazılsa da, yeganə əlyazması Matenadaranda olan "Əhvalati-Qarabağ"ın üç fəsli yazılıb. Əsərdə Qarabağ tarixindən daha çox onun memarlıq abidələri, tarixi şəxsiyyətləri, adət-ənənələri, etnoqrafik xüsusiyyətləri haqqında yazılıb.[1] [8]

Məhəmmədəli bəy Məxfi 1892-ci ildə vəfat edib.[3][9]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.