Müqəddəs Tereza Ana kilsəsi (Priştina)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Priştinada yerləşən Müqəddəs Tereza Ana kilsəsi (alb. Katedralja e së Lumes Nënë Tereza në Prishtinë, serb. Katedrala Majke Tereze u Prištini / Катедрала Мајке Терезе у Приштини) ― Kosovonun Priştina şəhərində yerləşən Roma-Katolik kilsəsi kafedralıdır.[1] 2007-ci ildə Kosovo hökuməti tərəfindən kilsənin tikintisinin planları hazırlanmışdır.[2] Məbəd alban və hind katolik rahibəsi və missioner xoşbəxt Tereza Anaya həsr edilmişdir.
Müqəddəs Tereza Ana kilsəsi | |
---|---|
alb. Katedralja e së Lumes Nënë Tereza në Prishtinë | |
42°39′23″ şm. e. 21°09′33″ ş. u.HGYO | |
Ölkə | Kosovo |
Status | Ölkə əhəmiyyətli abidə |
Şəhər | Priştina |
Yerləşir | Priştina |
Aidiyyatı | Katolisizm |
Tikilmə tarixi | 2007- ??? |
Material | kərpic |
Kateqoriya | Kilsə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kilsənin təməlindəki birinci daşı Kosovonun keçmiş prezidenti İbrahim Ruqova tərəfindən təntənəli surətdə qoyulmuşdur. Ruqova özü din üzrə müsəlmandır. "Kilsə kafedralı arxitekturanın bir hissəsi olacaq. Bu kilsə bizim dəyərlərimizi, milli eyniliyimizi və inamımızı, bizim hislərimizi özündə cəmləşdirəcək." — deyə prezident nitqini tamamlamışdır.[3] Açılış mərasimi 26 avqust 2010-cu ildə — Tereza Ananın anadan olmağının yüzüncü ildönümündə baş tutmuşdur. Hərçənd tikinti işləri yalnız növbəti ildən başlanmışdır.[4] Kilsə kafedralının tikintisi müsəlman dairələrində sərt tənqidlərə və mübahisələri səbəb oldu. Buna mübahisələrə səbəb Kosovoda müsəlmanların digər dinlərə sitayiş edənlər arasında üstünlük təşkil etməsi olmuşdur.[5]
Mübahisələrdən sonra kilsədə tikinti işləri bir müddətə dayandırılmışdır. Prizren Apostol administraturası Priştinadan Prizrenə köçürüldükdən sonra tikinti işləri yenidən başladı. Kilsə şəhərin ən hündür tikililərindən biri hesab olunur.[6]
Albanların və Avstriyanın ümumi tarixinə həsr edilmiş sərgi 2015-ci ilin yanvar ayında kilsə kafedralında təşkil olunmuşdur. Tədbirdə Kosovo prezidenti Atifete Yaxyaqa və Avstriyanın xarici işlər naziri Sebastyan Kurs iştirak etmişdir.[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.