Lüləsaz

Ağdərə rayonunda kənd From Wikipedia, the free encyclopedia

Lüləsaz (əvvəlki adı: Akop Kamari[1], daha əvvəlki adı: Lüləsaz[2]) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd.[3]

Cəld faktlar Ölkə, Tarixi və coğrafiyası ...
Lüləsaz
40°14′57″ şm. e. 46°43′47″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ5900
Nəqliyyat kodu 59
Xəritəni göstər/gizlə
Thumb
Lüləsaz
Bağla

Tarix

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25 avqust 1965-ci il tarixli Fərmanı ilə Lüləsaz kəndinə Akop Kamari adı verilməsi haqqında o vaxtlarda mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayəti vilayət Soveti icraiyyə komitəsinin qərarının təsdiq edilməsi qərara alınmışdı[2].

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Akop Kamari kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.[4] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Akop Kamari kəndi Lüləsaz kəndi adlandırılmışdır.[1]

1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Lüləsaz kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır[5].

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[6]

İstinadlar

Həmçinin bax

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.