Lui Araqon

From Wikipedia, the free encyclopedia

Lui Araqon

Lui Araqon (3 oktyabr 1897[2][3][…], Parisin 16-cı dairəsi[d][4]24 dekabr 1982[2][5][…], VII arondisman, Fransa[4]) — fransız yazıçısı, şair, ictimai xadim. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı (1957). Sorbonna Universitetində tibb elmini öyrənmiş, Birinci Dünya müharibəsinin (191418) iştirakçısı olmuşdur. Fransa KP MK-nın üzvü, müqavimət hərəkatının liderlərindən biri idi. 1920-ci illərin əvvəllərində dadaizmə meyil göstərmiş ("Fişəng" şeirlər toplusu, 1920), sonralar Andre Bretonla birlikdə sürrealizm hərəkatına başçılıq etmişdir("Anise…" povesti, 1921). Hərəkatın ilk nəzəri manifestini ("Uyqular dalğası",1924) yazmışdır. "Qırmızı cəbhə" (1931) poemasının, "Ura, Ural" (1934) şeir toplusunun müəllifidir. "Real dünya" (193451), "Kommunistlər" (1949–51;1967 ildə yenidən işlənmişdir) romanlarında sosializm ideyalarını təbliğ etmişdir. Stalin dövrünün törətdiyi amansızlıqların ifşa olunmasından sonra ağır mənəvi sarsıntı keçirmişdir. "Tamamlanmamış roman" (1956) Lui Araqon yaradıcılığının zirvəsidir. Həyatının son illərində "Blanş, yaxud Unutma" (1967), "Anri Matiss" (1971) romanlarını yazmışdır. "Fəxri legion" ordeni ilə təltif edilmişdir (1981). 2Sovet ədəbiyyatları" (1955) kitabının "Şərq-Qərb divanı" zəruriyyəti haqqında" fəsli Azərbaycan ədəbiyyatına həsr olunmuşdur.[6]

Cəld faktlar Təxəllüsü, Doğum tarixi ...
Lui Araqon
fr. Louis Aragon
Thumb
Təxəllüsü Arnaud Saint Romain[1], Arnaud de Saint-Roman[1], François la Colère[1], Témoin des martyrs[1], Albert de Routisie
Doğum tarixi 3 oktyabr 1897(1897-10-03)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 24 dekabr 1982(1982-12-24)[2][5][…] (85 yaşında)
Vəfat yeri
Həyat yoldaşı
Fəaliyyəti həkim-yazıçı[d], jurnalist, siyasətçi, şair, romançı, incəsənət tənqidçisi[d], Fransa Müqavimət Hərəkatı üzvü, tarixçi, yazıçı
Əsərlərinin dili fransız dili
İstiqamət dadaizm, sürrealizm
Janr poeziya
Mükafatları "Oktyabr inqilabı" ordeni "Xalqlar dostluğu" ordeni Hərbi medal (Fransa) 1914–1918 hərbi xaçı 1939–1945 hərbi xaçı
"Lenin" sülh mükafatı
Lui Araqon Vikimənbədə
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

İstinadlar

Xarici keçidlər

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.