From Wikipedia, the free encyclopedia
Lidiya Andreyevna Ruslanova (rus. Лидия Андреевна Русланова; 14 (27) oktyabr 1900[1] – 21 sentyabr 1973, Moskva) – Rusiya xalq mahnılarının ifaçısı.[2]
Lidiya Ruslanova | |
---|---|
rus. Лидия Русланова | |
Doğum tarixi | 14 (27) oktyabr 1900[1] |
Vəfat tarixi | 21 sentyabr 1973 (72 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | müğənni |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
1900-cü ildə Saratov yaxınlığında yerləşən Çernavka kəndində doğulmuş və Praskovya Andrianovna Leykina-Qorşenina (rus. Прасковья Андриановна Ле́йкина-Горшенина) adı ilə xaç suyuna salınmışdır.[3] Onun anası etnik baxımdan erzyan olmuşdur.[4] Beş yaşına çatanda iki valideyni (atası Rus-yapon müharibəsində, anası bu hadisədən qısa müddət sonra) ölmüşdür. Bu səbəbdən uşaqlığının böyük hissəsini yetim kimi keçirmişdir. Mahnı oxumağa yerli kilsə uşaq xoruna qatıldıqdan sonra başlamış və tezlikdə solo ifaçı olmuşdur.[5][4]
Lidiyanın dayısı onu mebel fabrikində işləməyə dəvət etmişdir. Fabrik sahiblərindən biri onun mahnı oxumağını eşitmiş və ona Saratov konservatoriyasında oxumağı tövsiyə etmişdir.[6] Lakin akademik təhsilini tamamlaya bilməmişdir.[2] Birinci Dünya müharibəsi zamanı xəstəxana qatarında işləmiş və Vitali Stepanov ilə tanış olmuşdur. 1917-ci ilin mayında onların uşağı olmuşdur. Lakin bir il sonra əri onu tərk etmişdir.[6] Lidiya Rusiya vətəndaş müharibəsində ölmüş başqa bir kişi ilə evlənmiş və ondan Ruslanova soyadını götürmüşdür.[7]
Ruslanova ilk konsertini 16 yaşında hərbi auditoriyanın qarşısında vermişdir. Rusiya vətəndaş müharibəsi illərində rus əsgərlər üçün oxumuşdur. 1923-cü ildə Rostov-na-Donda peşəkar müğənni kimi debüt etmişdir.[5] 1929-cu ilə qədər bir Çeka məmuru ilə yaşamış, daha sonra Vladimir Kryukov ilə evlənmişdir.[8]
1930-cu illərdə Ruslanova xeyli populyar olmuşdur. 1933-cü ildə musiqi, estrada və sirk müəssisələri assosiasiyasının sənətçisi olmuş və bütün Rusiyada çıxış etmişdir.[2] İkinci Dünya müharibəsi zamanı səyahətlər edərək sovet əsgərləri üçün vətənpərvərlik mahnıları olmuşdur.[9] Onun "Valenki" və "Katyuşa" məşhur olmuşdur. Berlin döyüşü zamanı Reyxstaq binasının pilləkənlərində çıxış etmişdir.[10]
Ruslanova SSRİ-nin ən varlı qadınlarından biri olmuşdur. 1942-ci ildə iki Katyuşanın konstruksiyasını maliyyələşdirərək orduya təqdim etmişdir.[5] Həmin il Rusiya SSR-nin əməkdar artisti adını almışdır.[2] Kobud davranışları və ədəbsiz dili əsgərləri çox cəlb etdiyi üçün sovet məmurları onu potensial təhlükə hesab etmişdirlər. 1948-ci ildə Ruslanovanın əri Vladimir Kryukov vətənə xəyanətdə təqsirləndirilərək həbs edilmişdir. 1950-ci ildə Ruslanovanı ərinin təqsirkar olması barədə bəyannamə imzalatdırmağa çalışsalar da, Ruslanova bunu qəbul etməmiş və növbəti 10 ilini əmək düşərgəsində keçirmişdir.[5]
Stalinin ölmünüdən sonra 4 avqust 1953-cü ildə azadlığa çıxmışdır. Düşərgə həyatı onu zəiflətsə də, dərhal karyerasını davam etdirməyə başlamışdır. Düşərgə həyatı sovet mətbuatı tərəfindən gizlədilmişdir.[11] O, Ümum-Sovet Sovet Mahnıları Festivalının prezidenti olmuş, 1973-cü ildəki ölümünə qədər oxumağa davam etmişdir.[12]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.