Leyla Rəcəb qızı Şəripova (tac. Лайло Шарифова; 28 yanvar 1930[1], Moskva – 19 fevral 2024[2], Düsseldorf[3]) — müğənni, bəstəkar, nəğməkar şair, Tacikistan SSR (1965) və Azərbaycan SSR xalq artisti (1977).
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Həyatı
1930-cu il yanvarın 28-də Bakıda anadan olub. Atası İzmir türkü, anası isə azərbaycanlıdır.[4]
Bir müddət Sədrəddin Əyni adına Tacikistan Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. 1978-ci ildə Bakıya köçüb və 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparıcı solisti işləyib. Leyla Şəripova Yevgeni Jıvayevin rəhbərliyi ilə Özbəkistan Televiziya və Radio xalq çalğı alətləri ansamblının, Adil Bağırovun rəhbərliyi ilə "Xatirə" xalq çalğı alətləri ansamblının və Gülarə Əliyevanın rəhbərliyi ilə "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə çıxış edib. 1988-ci ildən Almaniyanın Düsseldorf şəhərində yaşayıb.[5]
Şəripovanın repertuarında türk, əfqan, azərbaycan, erməni, türkmən, ərəb, fars, özbək və ispan mahnıları olub. Müğənninin ifaları nüfüzedici lirizim ilə, şeriyyətlə fərqlənir. Leyla Şəripovanın ustalığı və zərif vokal mədəniyyəti dinləyicilərin məhəbbətini qazanmışdır. Şəripova həm də bəstəkar və nəğməkar şair olub, 10 mahnının sözlərini yazıb, "Qara gözlər" və "Badam çiçəyi" adlı fars mahnıların müəllifi olub.[6]
2024-cü il fevral ayının 24-də Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Vəsiyyətinə uyğun olaraq cənazəsi yandırılıb.[7]
Mükafatları
- Tacikistan SSR əməkdar artisti (1960)
- Tacikistan SSR xalq artisti (1965)
- Azərbaycan SSR xalq artisti (29 iyun 1977)
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.