Remove ads
From Wikipedia, the free encyclopedia
Levan Davidoviç Qoqoberidze (21 yanvar 1896, Kutaisi quberniyası – 21 mart 1937[1], SSRİ) — sovet dövlət xadimi, Gürcüstan Kommunist partiyasının beşinci birinci katibi, 1916-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Quba üsyanının yatırılmasında iştirak edib.[2]
Levan Qoqoberidze | |
---|---|
gürc. ლევან დავითის ძე ღოღობერიძე | |
6 may 1930 – 20 noyabr 1930 | |
Əvvəlki | Mixail Kaxiani |
Sonrakı | Samson Mamuliya |
Acarıstan Muxtar SSR-nin Kommunist partiyasının birinci katibi | |
1924 – 1925 | |
Sonrakı | Nikolay Akirtava |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 yanvar 1896 |
Doğum yeri | |
Vəfat tarixi | 21 mart 1937[1] (41 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
1896-cı ildə Kutaisi quberniyasının Pridonaan-Djixaişi kəndində dvoryan ailsində anadan olub. 1916-cı ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olub. 1918-ci ilin fevral ayından Kommunist Partiyasının Qafqaz Diyar Komitəsinin və Bakı komitəsinin üzvüdür. 1918-ci ildə Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetində komissarın müvəkkili vəzifəsinə dəvət olunub.[3] 1919-cu ilin may ayında bakı fəhlələrinin tətillərinə rəhbərlik edib. 1920-ci ildə Quba üsyanının yatırmaq üçün Əliheydər Qarayevlə birgə bölgəyə ezam olunub.[2]
1921-ci ildən Tiflis İnqilab Komitəsinin sədri, Sovet İttifaqı Kommunist Partiyasının Tiflis Komitəsinin katibi olub. 1923–1924-cü illərdə Gürcüstan Xalq Komissarları Sovetinin sədr müavini, 1924–1925-ci illərdə Acarıstan Muxtar SSR-nin Kommunist partiyasının birinci katibi olub. 1925–1926-cı illərdə 1921-ci ildə ölkəni tərk etmiş gürcü siyasi mühacirlərini bölmək məqsədilə Parisdə siyasi və kəşfiyyat işləri ilə məşğul olub. 1930-cu ildə Gürcüstan Kommunist partiyasının birinci katibi olub. 1930–1934-cü illərdə Qırmızı Professorlar İnstitutunda təhsil alaraq, SSRİ Xalq Təchizat Komissarlığında fəaliyyət göstərmişdir. 1934-cü ilin may ayından Eyskdə, Rostov Na Donuda partiya işləri ilə məşğul olmuşdur. Sovet İttifaqı Kommunist Partiyasının 13-cü 15-ci 16-cı çağırışlarında nümayəndə olmuşdur. 14 dekabr 1936-cı ildə həbs olunmuş və əksinqilabi fəaliyyətdə təqsirli bilinərək 21 mart 1937-ci ildə güllələnmişdir.[4][5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.