From Wikipedia, the free encyclopedia
Lesya İvanovna Nikityuk (ukr. Леся Іванівна Нікітюк; d. 19 oktyabr 1987, Xmelnitski) — Ukrayna teleaparıcısı. Daha çox "Oryol i Reşka" (rus. Орёл и решка) verilişinin aparıcısı kimi tanınır.
Lesya Nikityuk | |
---|---|
ukr. Леся Нікітюк | |
Doğum tarixi | |
Doğum yeri | Xmelnitski, Ukrayna SSR, SSRİ |
Vətəndaşlığı | Ukrayna |
Atası | İvan İvanoviç Nikityuk |
Anası | Yekaterina Petrovna Nikityuk |
Fəaliyyəti | jurnalist, televiziya aparıcısı, aktrisa, aparıcı, KVN aktyoru[d] |
Fəaliyyət illəri | 2009-cu ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Lesya Nikityuk 19 oktyabr 1987-ci ildə Xmelnitski şəhərində anadan olmuşdur. Anası Yekaterina Petrovna Nikityuk və atası İvan İvanoviç Nikityuk "Ukrelektroapparat" Açıq Səhmdar Cəmiyyətinin işçiləri olub. Məktəbi bitirdikdən sonra Lesya Xmelnitski humanitar-pedaqoji akademiyasında ali təhsil alıb. Təhsil aldığı illərdə gənc qız "Tornado Lüks" KVN komandasının iştirakçısı olmuşdur.[1] "Qalya, mən marşrutdayam" səhnəciyi YouTube portalında 4 milyondan artıq baxış toplamışdır.[2]
2009-cu ildə Lesya yaxın rəfiqəsi Olqa Panasenko ilə birlikdə "Biqudi şou"da çıxış etməyə başlayıb.[3] 2011-ci ildə Lesya və Olqa "Рассмеши комика" şousuna qatılıb və 10.000 qrivna qazanıblar. 2012-ci ildə onlar yenidən həmin şouda iştirak edib və bu dəfə 50.000, ardınca isə 20.000 qrivni əldə ediblər.[1]
2012-ci ildə Lesya "Oryol i Reşka" (rus. Орёл и решка) səyahət verilişinin aparıcısı oldu. 2013-cü ildə K1 kanalında onun müəllif proqramı olan "Леся-ЗдЄся" yayımlanmağa başlayıb.[4]
8 fevral 2015-ci ildə "Oryol i reşka"nın 10-cu yubiley mövsümünün nümayişi başlanmışdır. Orada Lesya Nikityuk da digər həmkarları ilə birlikdə iştirak edib.
2015-ci ildə Lesya Nikityuk, Andrey Bednyakov, Regina Todorenko və Janna Badoyeva Svetlana Lobodanın "Пора домой" (azərb. "Evə getmək vaxtıdır") klipində çəkiliblər. Aparıcı, eləcə də, əyləncəli proqram aparıcısı kimi milli televiziya mükafatı "Teletriumf"a namizəd olub.[5]
10 dekabr 2015-ci ildə Lesya Nikityuk "Oryol i reşka" proqramı ilə dünya səyahətinə çıxmışdır. Lakin 24-cü buraxılışdan sonra "Dünya səyahəti"ni yeni şou naminə tərk etmişdir.[6][7] Интер Ukrayna telekanalındakı həmin şou "Вокруг М" adlanırdı,[8] Пятница rus telekanalında isə "Леся здеся" adı almışdı.[9] Bu dəfə veriliş şou-biznesə yox, bütün dünyadakı kişilərə həsr olunmuşdu. Şounun premyerası 10 sentyabr 2016-cı ildə oldu.
2016-cı ilin dekabrında "XXL" kişi jurnalının açıq fotosessiyasında iştirak etmişdir.[1][10]
2016-cı ilin sonunda Lesya Regina Todorenko ilə birlikdə "Oryol i reşka"nın "Dünyanın ən cənnət və cəhənnəm yerləri" adlanan 13-cü mövsümünün çəkilişinə yollanıb.[11] Mövsümün premyerası 2017-ci ilin fevralında baş tutub.
İl | Mükafat | Nominasiya | Nəticə |
---|---|---|---|
2015 | Teletriumf | Əyləncəli proqram aparıcısı | Namizəd |
2016 | TEFİ | "Həyat tərzi" (rus. "Образ жизни") əyləncəli proqramı | Qazandı[12] |
2016 | Teletriumf | Məlumat xarakterli əyləncəli proqram ("Орел и решка. Кругосветка") | Qazandı |
2017 | 2017-ci ilin ən uğurlu qadını | İlin teleaparıcısı | Qazandı |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.