From Wikipedia, the free encyclopedia
Les Gardiens du Silence (azərb. Səssizlik qoruyucuları) – Azərbaycanın Bakı şəhərində yaradılmış ilk world, etno-spiritual, new age qrupudur.
Qrupun əsası 2015-ci ilin dekabrında qoyulub. Bu qrup musiqinin mistik imkanlarının öyrənilməsi layihəsi kimi yaranıb. Layihə Misir, Şumer, Babil və Yunanıstan kimi qədim musiqi və mədəniyyəti əsasında hazırlanıb. Qrup nej, al oud, djembe, harmoniya, tay fleytası, kelt arfası, diceridu, mridanqa / hol, deqt, hepidrums, skripka, dodaq arfası, hanun, tamburin, gitara, etnik vokal kimi müxtəlif instrumentlərdən istifadə edir. 2017-ci ildə qrup "Divine Balance: Feminine. Divinity" adlanan ilk albomunu təqdim edib. Bir çox festivallarda çıxiş edərək Azərbaycanin incəsənət aləminin hərtərəfliliyini dünyaya çatdirilar. 2019-cu ildə kollektiv "Nəsimi" adli ikinci albomu Yarat! Müasir İncəsənət Mərkəzində təqdim etmişdir. Daha oncə 2018-ci ildə,birinci dəfə, Nəsimi albomundan olan əsərlər sentyabrda keçirilən Nəsimi Festivalinda ifa olunmuşdur. Onların musiqisi əsasən qəlbin rahatlığı, meditasiya, özünü dərk etmə üçün istifadə olunur. Janrları isə dünya musiqisi, yeni dövr musiqisi, etno-ruhi musiqi, qədim folk kimi tanınır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.