From Wikipedia, the free encyclopedia
Leon Valras (16 dekabr 1834[1][2][…] – 5 yanvar 1910[1][2][…], Klarans[d], Montrö[d]) — isveçrəli iqtisadçı, Lozanna Universitetinin professoru, Lozanna məktəbinin yaradıcısı.
Leon Valras 1834-cü ildə dünyaya gəlmişdir. Onun dahiliyi ondadır ki, Kurno mümkünsüz hesab etdiyi yetkin və geniş formada ümumi iqtisadi tarazlığın riyazi nəzəriyyəsini yaratmışdır. Onun məqsədi abstrakt səviyyədə mükəmməl rəqabət şəraitində bazarın fəaliyyətini tədqiq etmək və bazarın həqiqətdə tarazlığa doğru necə irəlilədiyini göstərmək olmuşdur. Onun iqtisad elminə olan töhfəsi istehlakçı davranışı nəzəriyyəsidir. O, müasirlərindən fərqli olaraq bu nəzəriyyəni dərindən və cəsarətlə təhlil etmişdir. Onun modeli məhsuldar xidmətlər və istehlak malları bazarlarının qarşılıqlı fəaliyyət sistemidir. Bu sistemdə iqtisadiyyatda tarazlıq üç şərt gözlənildikdə təmin olunur; 1) məhsuldar xidmətlərə səmərəli tələb bu xidmətlərə bərabər olur, 2) məhsullar bazarında qiymətlər dəyişməzdir; 3) məhsulların satış qiyməti məhsuldar xidmətlərdə ifadə olunan məsrəflərə bərabərdir. İlk iki şərt mübadilənin tarazlığına, üçüncü şərt isə istehsaln tarazlığına aiddir. Tarazlığın bu şərtlərini Valras 4 qarşılıqlı bərabərlik sistemi vasitəsilə ifadə etmişdir. Birinci sistem məhsuldar xidmətlərin təklifini xarakterizə edir. Məhsuldar xidmətlərin hər birinin(Torpaq, əmək, kapital) təklifinə bu xidmətlərin və bütün hazır məhsulların bazar qiymətlərinin funksiyası kimi baxılır. İkinci sistemdə hazır məhsullara tələbi xarakterizə edir və hər bir məhsullara tələb bütün məhsuldar xidmətlərin və bütün məhsulların qiymət funksiyası kimi baxılır. Üçüncü sistem məhsuldar xidmətlərin istehlakını əks etdirir. Bütün hazır məhsulların istehsalına hər bir məhsuldar xidmət məsrəfinin məbləği bu cür xidmətə məcmu təklifə bərabər olmalıdır. Dördüncü sistem məhsuldar xidmətlərin və hazır məhsulların qiymət nisbətini göstərir. Hər bir hazır məhsulun qiyməti onun istehsalına çəkilən bütün istehsal xidmətlərinin qiymət məbləğinə bərabərdir. Valrasın modelində naməlum kəmiyyətlərin sayı bərabərliklərin sayına bərabərdir.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.