Karl Marksın qızı From Wikipedia, the free encyclopedia
Cenni Laura Marks (26 sentyabr 1845[1], Brüssel – 25 noyabr 1911, Dravey[d]) — sosialist aktivist, Karl Marksın qızı.
Laura Marks | |
---|---|
Doğum tarixi | 26 sentyabr 1845[1] |
Doğum yeri | |
Vəfat tarixi | 25 noyabr 1911 (66 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | sianiddən zəhərlənmə[d] |
Dəfn yeri | |
Həyat yoldaşı |
|
Atası | Karl Marks[3] |
Anası | Cenni Marks[3] |
Fəaliyyəti | hərbi aktivist[d], tərcüməçi, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Laura Marks 26 sentyabr 1845-ci ildə Brüsseldə dünyaya gəlib. Ailəsi 1849-cu ilin iyununda Londonda məskunlaşmazdan əvvəl Laura valideynləri ilə birlikdə Fransaya, sonra Prussiyaya köçüb. Onun Kubada dünyaya gəlmiş gələcək həyat yoldaşı Pol Lafarq Fransanın gənc sosialistlərindən idi. Pol Birinci İnternasionalda işləmək məqsədilə 1866-cı ildə Londona gəlmişdi. Burada o, Karl Marksla dostlaşmış və Marksın ailə üzvləri ilə, eləcə də ona aşiq olan Laura ilə tanış olmuşdu.
Pol və Laura 1868-ci ilin aprelində Sen-Pankras qeydiyyat şöbəsində evləndilər. Evliliklərinin ilk üç ilində onların ikisi oğlan, biri qız olmaqla üç övladı doğulmuş, lakin onların hamısı körpə ikən ölmüşdülər. Cütlüyün başqa uşaqları yox idi.[4] Ər-arvad ömürlərini birlikdə siyasi işlərlə məşğul olmaqla keçirmiş, Karl Marksın əsərini fransız dilinə tərcümə etmiş və həm Fransada, həm də İspaniyada marksizmi yaymışdılar. Demək olar ki, bütün həyatları boyunca Fridrix Engelsin maddi dəstəyi ilə yaşamışdılar. Engels 1895-ci ildə vəfat etdiyi zaman əmlakının çox hissəsi də onlara miras qalmışdı.
Ömürlərini həsr etdikləri hərəkata bundan sonra verə biləcəkləri heç bir şeyin qalmadığını düşünən Laura və həyat yoldaşı 1911-ci il noyabrın 25-də intihar etmək qərarına gəldilər.[4] Bu zaman Laura 66, Pol isə 69 yaşında idi. İntihar məktubunda cütlük intihar səbəbini qeyd etmişdi. Pol Lafarq məktubda yazırdı:[5]
Bütün nəşəmi və sevincimi bir-birinin ardınca əlimdən alan amansız qocalıqdan əvvəl mən ömrümü bədənim və ruhum sağlam vəziyyətdə bitirirəm. Bu qocalıq məni fiziki və zehni güclərimdən məhrum edir; o, enerjimi iflic edə və məni özümə və başqalarına yük etməklə iradəmi qıra bilər.
Bir neçə il idi ki, 70-dən çox yaşamayacağıma dair özümə söz vermişdim. Və budur, həyatdan ayrılacağım ili dəqiqləşdirdim. Həll yolumuzun icrası üsulunu da hazırladım: sianid turşusu. Qırx beş ildir sadiq olduğum mübarizənin gələcəkdə haçansa zəfər qazanacağını bilməyin ali sevinci ilə ölürəm. Yaşasın kommunizm! Yaşasın beynəlxalq sosializm! |
Cütlüyün dəfn mərasimində çıxış edənlərdən biri də 1907-ci ildən Parisdə yaşayan və Lafarq ailəsinin yaxın dostu olan,[6] RSDFP-nin nümayəndəsi Vladimir Lenin idi.[7] Sonralar Lenin həyat yoldaşı Nadejda Krupskaya ilə söhbət edərkən aşağıdakı sözləri demişdi:[8]
Əgər kimsə artıq partiya üçün işləyə bilmirsə, həqiqətin üzünə baxa bilməli və Lafarqlar kimi ölməyi bacarmalıdır. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.