From Wikipedia, the free encyclopedia
Lansanq,[1] Lan Sanq və ya Lansanq Hom Kxao (laos ລ້ານຊ້າງຮົ່ມຂາວ, lān sāng hom khāo, lâːn sâːŋ hōm kʰǎːw, hərf. Milyon fil və ağ çətir; birm. လင်ဇင်း; khm. លានជាង, លានដំរី və ya ស្រីសតនាគនហុត; sanskr. Srī Śatanāganayuta; tay ล้านช้าง və ya ล้านช้างร่มขาว; vyet. Vạn Tượng) — 1354–1707-ci illərdə indiki Laos, Vyetnam, Kamboca, Myanma, Çin və Tailand ərazisində hökmranlıq etmiş feodal lao buddist dövləti. Lansanq Cənub-şərqi Asiyanın ən böyük krallıqlarından biri olmuşdur. Krallığın adı əvvəlki dövrlərdə regionda baş vermiş müharibələrə və mübarizələrə bir istinaddır. Lansanq müasir Laos dövlətinin sələfidir və ölkənin milli və mədəni identikliyinin təməlidir.
Tarixi krallıq | |
Lansanq krallığı | |
---|---|
ລ້ານຊ້າງ | |
|
|
|
|
Paytaxt |
Luanqpxabanq (1354–1560) |
Rəsmi dilləri | Laos dili |
Dövlət dini | Buddizm |
İdarəetmə forması | Mütləq monarxiya |
Kral | |
• 1354–1385 | Fa Nqum |
• 1373–1416 | Samsenetay |
• 1548–1571 | Settatirat |
• 1637–1694 | Surinyavongsa |
Tarixi | |
• 1354 | Fa Nqumun taxta çıxması |
• 1707 | Krallığın süquta uğraması |
Davamiyyət | |
→ | |
Vikianbarda əlaqəli mediafayllar |
Lansanqın hakimiyyət sürdüyü ərazidə tarixən Tunc dövründə və Dəmir dövründə inkişaf etmiş Avstroasiya dilli aborigen tayfalar yaşamışdır.[2][3][4]
Han sülaləsinin cənuba doğru keçirdiyi yürüşlərdə ilk dəfə müasir Çin Xalq Respublikasının Quansi-Çjuan və Yunnan rayonlarında yaşamış Tay-kaday dilli xalqları barədə məlumat verilmişdir. VII əsrdən başlayaraq tay xalqları cənuba köçməyə başlamışdır. Monqolların 1253–1256-cı illərdəki yürüşü zamanı bu xalqlar Lansanq krallığının hakimiyyət sürdüyü torpaqlara köçmüşdür.[5][6]
Şimalda yerləşən münbit torpaqlı Mekonq çayı vadisini monlar, daha sonra isə Kxmer imperiyası zəbt etmişdir. Bu dövrdə ərazi Muansua və ya Ziyendun-Ziyentun (bukv. «Dunçzyan çayının yanındakı od ağacları şəhəri») adlanırdı.[5][6]
Sukxotay krallığının yüksəlişi ilə bu region tayların təsiri altına girmişdir.[7] Sukxotay krallığının monarxı vəfat etməsinsən və Lannatay krallığında daxili münaqişələrin yaranmasından sonra Vyençan Vyenkxam və Muansua şəhər dövləti müstəqil mandalalara çevrilmişdilər. 1354-cü ildə onlar birləşərək Lansanq kralllğını yaratdılar.[8]
Lansanq krallığı ticarət yollarının üzərində dayandığından etnik rəngbərəngliyə malik idi. Lansanqın cəmiyyəti, xüsusən də qonşu taylara və kxmerlərə nəzərən çox adi idi.[9]
Lao cəmiyyətində ali təbəqə dini və sekulyar hakimiyəti malik krallıq ailəsinin üzvləri var idi. Orta təbəqə zadəganlardan ibarət idi. Ən aşağı təbəqə kəndlilərdən ibarət idi. Kəndlilərə tüccarlar, sənətkarlar, fermerlərdən və ümumi işçilərdən ibarət idi.[10] Sistemdən kənarda ali fərdlər sanqxalar idi.[11] Onlar sosial anlayışın və təhsilin inkişafında böyük rol oynayırdılar. Təpələrdə yaşayan xalqlar və müharibə zamanı götürülmüş əsirlər və ya həbs edilmiş cinayətkarlar, yəni kxalar sistemdən kənar idilər. Siamlılar, kxmerlər və şanlar tacirlərin əksəriyyətini təşkil edirdi.[12] Buna baxmayaraq, mühüm şəhərlərdə çinli və vyet azlıqlar da yaşayırdı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.