LED (ing. Light Emitting Diode) (Tərcüməsi: İşıq Yayan Diod) yarım-keçirici, diod əsaslı, işıq yayan bir elektronik cihazdır. 1920-ci illərdə Rusiyada icad edildi və 1962-ci ildə Amerikada praktik olaraq tətbiq oluna bilən elektronik komponent halına gətirildi. Oleg Vladimirovich Losev adlı bir radio texniki radio qəbuledicilərində istifadə olunan diodların işıq yaydığını gördü və 1927-ci ildə bir Rus qəzetində LED haqqında kəşflərini nəşr etdi.
İlk əvvəllər yalnız zəif qüvvətli qırmızı işıq verə bilirdilər amma müasir LEDlər, ultrabənövşəyi, infraqırmızı kimi müxtəlif dalğa ölçülərində, yüksək parlaqlıqda işıqverə bilir. Çox az enerji istifadə etməsi, uzun ömrü, möhkəmliyi, kiçik ölçüsü və sürətli açılıb bağlana bilinməsi kimi ənənəvi işıq qaynaqlarına görə bir sıra üstünlüklərə malikdir. LED, müxtəlif sahələrdə tətbiq olunur.
Tarix
Bərk dioddan işıq emissiyası haqqında ilk məlum hesabat 1907-ci ildə Marconi Laboratoriyasının britaniyalı eksperimentatoru Henry Round tərəfindən hazırlanmışdır.[1] Aparatın katodunda sarı, yaşıl və narıncı parıltının göründüyünü qeyd etmişdir. Daha sonra, 1923-cü ildə məlum oldu ki, bu maddələrdən elektrik cərəyanı keçərsə, işıq meydana gələcək.[2] Oleq Losev bu fenomeni təsvir etdi. Bu bilik 50-ci illərin sonlarında tətbiq edilmişdir.
60-cı illərin əvvəllərində bu effekti istifadə edən ilk qurğular meydana çıxdı — zəif qırmızı parıltılı göstərici elementləri və bir neçə il sonra yaşıl parıltı ilə. Cihazlar LED adlanır. LED tavan işıqları ilk dəfə 1960-cı illərdə kiçik elektron cihazlarda istifadə edilmişdir.[3]
Görünən diapazonda işləyən ilk LED 1962-ci ildə General Electric-də amerikalı professor Nik Holonyak ("LED-lərin atası") qrupu tərəfindən hazırlanmışdır. Lakin onlar aşağı gücə malik idilər və yalnız spektrin aşağı qırmızı tezliklərində işıq yaradırdılar.[4] 1968-ci ildə ilk kommersiya LED lampaları təqdim edildi: Howard Borden və Gerald P. Pighini rəhbərliyi altında hazırlanmış Hewlett-Packard LED displeyi və Monsanto LED göstərici lampası. Bununla belə, erkən LED lampalar səmərəsiz idi və yalnız tünd qırmızı rəngləri göstərə bildi, bu da onları ümumi işıqlandırma üçün yararsız etdi və onların istifadəsini rəqəmsal displeylər və göstərici lampaları ilə məhdudlaşdırdı.[5]
Xüsusiyyətləri
Tətbiq Olunduğu Yerlər
LEDlər mavi işığın istifadəsi ilə RGB (Qırmızı Yaşıl Mavi) işıqlandırma sistemi meydana gəldi və bir çox sektorda tətbiq olunmağa başlandı. Xüsusilə işıqlandırma, işıqforlarda, arxitektura işıqlandırma sahələrində, maşınlarda, televizorlarda də istifadə edilir. Tətbiq olunduğu sahələrdə sürətlə artmasının başqa bir sabəbi isə LEDlərin iş ömürləri olduqca uzun olmasıdır
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.