Lətif Şüküroğlu
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Lətif Şüküroğlu(azərb. Babayev Lətif Şükür oğlu;) — tarixçi alim, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranı
Lətif Babayev | |
---|---|
Təxəllüsü | Lətif Şüküroğlu |
Doğum tarixi | 8 aprel 1960-ci il |
Doğum yeri | Qafan rayonu, Ermənistan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
İxtisası | Jurnalistika |
Fəaliyyət illəri | 1984- |
Əsərlərinin dili | Azərbaycanca |
Mükafatları |
Lətif Şükür oğlu Babayev 1960-cı il aprelin 8-də Ermənistan SSR-in Qafan rayonunda anadan olmuşdur. 1977-ci ildə Zəngilan şəhər 1 saylı orta məktəbini bitirmişdir.1977-ci 1979-cu illərdə Zəngilan rayon Poçt şöbəsində və Yol İdarəsində fəhlə işləmişdir. 1979–1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində əyani təhsil almışdır. 1984–1990-cı illərdə Zəngilan rayonunda çıxan "Kənd həyatı" qəzetində ədəbi işçi və şöbə müdiri işləmişdir. 1990-cı ilin mart ayından 1992-ci ilin fevral ayınadək Azərbaycan Qaçqınlar Cəmiyyətinin orqanı olan "Vətən səsi" qəzetində Qarabağ, Mil-Muğan zonaları üzrə xüsusi müxbir, 1992-ci ilin fevral ayından həmin ilin oktyabr ayına qədər Müdafiə Nazirliyinin orqanı olan "Xalq Ordusu" qəzetində şöbə müdiri işləmişdir. Lətif Şüküroğlu 1992-ci ilin noyabr ayında Dövlət Sərhədini Mühafizə Komitəsinə qrup rəisi vəzifəsində həqiqi hərbi xidmətə qəbul olunmuş, 1993-cü ilin mart ayından xidmətini Milli Təhlükəsizlik Nazirliyində davam etdirmişdir. O, 2015-ci ilin dekabr ayının 27-də MTN-dən idarə rəisinin müavini vəzifəsində, polkovnik rütbəsində ehtiyata buraxılmışdır. Lətif Şüküroğlu 2016–2018-ci illərdə Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında şöbə müdiri işləmişdir. 2019-cu ildən Azərbaycan Respublikası Milli Məclisinin Redaksiya və nəşr işləri şöbəsində sektor müdiri işləyir. Lətif Şüküroğlu ailəlidir, iki oğlu, bir nəvəsi var.
Lətif Şüküroğlu 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda "Azərbaycanın sərhəd mühafizəsi tarixi (1918–1920-ci illər)" mövzusunda elmi iş müdafiə etmişdir. O, əsasən Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı tədqiqatlar aparır. Dəfələrlə ölkə ərazisində və xaricdə keçirilən elmi və elmi-praktik konfrans və simpoziumların iştirakçısı olmuş (Macarıstan, Almaniya, Ukrayna və Türkiyə), çıxış etmiş, məqalələri nüfuzlu xarici və ölkə elmi məcmuələrində dərc edilmişdir. İki elmi monoqrafiyanın, beş kitabın, 30-a yaxın elmi və 200-dən çox publisistik məqalənin müəllifidir. "Azərbaycanın sərhəd mühafizəsi tarixindən" (1999), "Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu" (2018) monoqrafiyaları və iki cilddən ibarət "Cümhuriyyət hökuməti repressiya məngənəsində" (2000) kitabları, müxtəlif mətbu orqanlarda dərc olunan onlarla elmi və publisistik məqaləsi onu Azərbaycan Xalq Cümhuriyyətinin tədqiqatşısı kimi tanıtmışdır.
2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı ilə,[1] həmçinin təhlükəsizlik orqanlarının "Qüsursuz xidmətlərə görə" medalının hər üç dərəcəsi və yubiley medalları ilə təltif edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.