From Wikipedia, the free encyclopedia
XIV–XV əsrlərdə Azərbaycan özünün inkişaf etmiş feodalizm mərhələsində onun cənub və şimal ərazilərində Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlar kimi dövlətlər mövcud idilər. Qədim dövrlərdə olduğu kimi, orta əsrlərin bu bir əsrlik mərhələsində də Azərbaycan Yaxın və Orta Şərq xalqları tarixində böyük rol oynamışdır. Qaraqoyunlu və Ağqoyunlu dövlətləri hərbi-inzibati əyalətlərə bölünürdü. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu padşahları tərəfindən idarə olunurdu, əyalətlər isə həmin padşahların təyin etdikləri hakim sinfin üzvləri, yaxud məşhur tayfa başçılarının (canişinlərin) nəzarəti və idarəsi altında idi. Qeyd olunmalıdır ki, canişinlər əsasən hərbi işləri idarə edir, mülki inzibati orqanların işlərinə isə oturaq feodal əyanlar rəhbərlik edirdilər. Əyalət canişinlərinin də padşah kimi öz sarayı, inzibati aparatı, büdcəsi və silahlı dəstələri vardı.[1]
Dövlətin müharibə, sülh, taxta varislik və s. kimi mühüm siyasi məsələlərin həll edilməsində Kənqaş adlanan qapalı müşavirə xüsusi əhəmiyyət daşıyırdı. Bu müşavirənin üzvləri əsasən sülalə üzvləri və əmirlərdən ibarət olurdu.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.