From Wikipedia, the free encyclopedia
Kənd təsərrüfatı baxımından faydalı olmayan orqanizm, qiymətli bitki növlərinə, heyvanlara və ya onların məhsuluna ziyan vurur, insanın sağlamlığına təhlükə yaradır. Kənd təsərrüfatı ziyanvericiləri böyük iqtisadi itki verir. "Ziyanvericilərin" çoxu həşəratlar arasında olur. Ən qorxulu həşərat növlərindən danadişi, kolorad kartof böcəyi, ağ amerika böcəyi, yemişan kəpənəyi, payızlıq buğda və Mamestra brassicae, həlqəvi ipəksarıyanı, məməlilərdən gəmiricilər (siçanlar, siçovullar, taxıl siçanı, sünbülqıran) və s. göstərmək olar. Kənd təsərrüfatı ziyanvericilərinə qarşı kompleks profilaktiki, o cümlədən aqro və meşə texniki, mexaniki, fiziki, kimyəvi və bioloji təbdirlər sistemi hazırlanmışdır.
Kimyəvi gübrələr tətbiq etməklə torpağın münbitliyini artırmaq, heyvan yemlərinə kimyəvi əlavə qatmaqla heyvandarlığın məhsuldarlığını yüksəltmək, həmçinin pestisidlərin köməyilə zərərverici və xəstəliklərlə mübarizə aparmaq üzrə elmi cəhətdən əsaslanmış tədbirlər sistemi. Kənd təsərrüfatının kimyalaşdırılması düzgün təşkil edilmədikdə (kimyəvi maddələrin texnologiyasına düzgün əməl edilmədikdə) ətraf mühitin (torpaq, su hövzəsi, hava) və kənd təsərrüfatı ərzaqlarının çirklənməsi üçün olduqca təhlükəli mənbəyə çevrilir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.