From Wikipedia, the free encyclopedia
Kyarnave (lit. Kernavë) – Litvada yerləşən və 10000 il əvvələ aid insan izləri aşkarlanan YUNESKO-nun Dünya irsi siyahısına daxil olan arxeoloji bölgə, qədim şəhər.
Kyarnave | |
---|---|
Kernavė | |
54°53′ şm. e. 24°51′ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
kernave.org/index_en.html | |
Vikianbarda əlaqəli mediafayllar |
Şimalı Litvada paytaxt Vilnüsdən 35 km məsafədə yerləşən Kyarnave arkeoloji bölgəsi 194,4 hektarlıq böyüklüyü ilə bu bölgədə insan məskunlaşmasının 10.000 illik tarixinə şahidlik etmiş bir bölgədir. Bəzı arxeoloqlar tərəfindən Litvanın Troyası olaraq adlandırılan bölgə Xristianlıq dövrü əvvəli haqqında vacib məlumatlar verməkdədir. Burada ilk yaşayış izləri e.ə IX əsrdə Payauta vadisindəki Neris çayı sahilində tapılmışdır. Xristianlığın ilk dövrlərində Baltik bölgəsi insanları üçün qızıl dövr olaraq xatırlanmaqdadır. Bataqlıqdan çıxarılan dəmir, əkin və heyvandarlığın inkişafı əhalinin də artmasına səbəb olmuş, IV əsrə qədər Payauta vadisindəki yaşayış yerlərinin sayı daima artmıştır. Roma dövrünün sonunda baş verən böyük köçlə birlikdə Aukuro Kalnasdaki yaşayış yerləri köçənlər tərəfindən yandırılmış və Payauta vadisi tərk edilmişdir. İqlimin sərtləşməsi ilə bərabər yeraltı sularının da ortaya çıxması bölgədə yaşayışı imkansız hala gətirmişdir.
XIII əsrdə feodal bəylərin bölgədə qalalar qurması ilə bir zamanlar tərk edilmiş olan Payauta vadisi yenidən hərəkətlənməyə başladı. Sənətkarların da yerləşməsi ilə bölgə yenidən canlandı. Orta əsrlərin Kyarnavesi XIII əsrin sonu ilə XIV əsrlərin ortaları arasında ən parlaq dönəmini yaşadı və Litvanın o dövrdəki ən böyük şəhərlərindən birisi oldu. 1365-ci ildə Toton Cəngavərlərinin hücumu ilə talan edilən qala və şəhər, bundan sonra bir daha heç bir zaman bərpa edilmədi. Daha sonraki illərdə, şəhər allivüal təbəqəsi ilə örtülmüş və nəmli bir turbaya (Səthləri bataqlıq bitkiləriylə örtülmüş, dərin olmayan su gölməçələrinin diblərində bitki qalıqlarından əmələ gələn kömür topraq) çevrildi. Bunun nəticəsində qalalar, yıxılmış yaşayış nöqtələri və məzarlıq yerləri, tarixi və mədəni əsərlər və daha çox arxeoloji əşya olduqça yaxşı qorunmuşdur.
Kyarnave arxeoloji bölgəsi 2004-cü ildə YUNESKO-nun Dünya irsi siyahisına düşmüşdür.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.