Kurçaloyski rayonunun şəhər mərkəzi From Wikipedia, the free encyclopedia
Kurçaloy (çeç. Курчалой-Эвла[1]) - Rusiyanın subyekti olan Çeçenistan respublikasında yerləşən Kurçaloyski rayonunun şəhər mərkəzi.[2].
Şəhər | |
Kurçaloy | |
---|---|
çeç. Курчалой-Эвла | |
43°12′16″ şm. e. 46°05′16″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Respublika | Çeçenistan |
Rayon | Kurçaloyevski rayonu |
Mer | İbrahimov Naja İmalieviç |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1944 |
Yaşayış məntəqəsi statuslu | 2019 |
Sahəsi | 38,15 km² |
Mərkəzin hündürlüyü | 169 m |
İqlimi | mülayim |
Saat qurşağı | UTC+3 |
Əhalisi | |
Əhalisi | 26 115 nəfər (2019) |
Sıxlığı | 684,53 nəf./km² |
Milli tərkibi | çeçenlər |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 87155 |
Poçt indeksi | 366314 |
Digər | |
kurchaloy.ru (rus.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Kurçaloy şəhəri Qroznının 42 km cənub-şərqində, Hunq və Terliq çaylarının birləşməsin tam üzərində, Qums çayının sağ sahilindəki düzənliyin ətəyində yerləşir. Ən yaxın Qudermes qatar stansiyasından 20 km aralıdadır.
Onun şimalında İlasxan-Yurt kəndi, şərqindən Mayrtup kəndi, cənub-şərqində Ciqurtı kəndi, cənubunda Niki-Xita, cənub-qərbində Avturı, şimal-qərbində Qeldaqana kəndi yerləşir.[3]
Kurçaloy şəhərinin adı şəhərin əsasını qoyan çeçen Kurçaloy tayfasından gəlməkdədir.
Kurçaloyun adına ilk dəfə bir rəsmi sənəddə 1732-ci ildə Kızlar qalasının komendantı D.F Eropkinin "Dağ sahiblərinin siyahıya alınması" qeydlərində rast gəlmək olur. Bronevskiyə görə Kurçaloy Kaçkalık dairəsinə daxil idi.[4][5][6]
Çeçenistanın şərqində yerləşən bu şəhərin adı daha sonralar, 1770-ci ildə səyyah İ.A.Güldenstedt tərəfindən çəkildi.[7].
Qafqaz prokurorunun rəsmi katibi P.M. Saxno-Ustimoviçin sözlərinə görə Kurçaloy kəndi əvvəlcə Alxan-Yurtın üstündəki Sunjaya axan Qexi çayının üzərində yerləşirdi. Köhnə Kurçaloy 1826-cı il aprelin 12-də rus qoşunlarının Qafqaza hücumu zamanı tamamilə məhv edilmişdi.[8][9].
1834-cü ildə Hərbi Topoqrafiya Anbarının müdiri İ.F. Blaramberq Qexi çayı üzərindəki kəndlərin - Nuarik, Malaqa, Qexi təkrar hücumlarla məhv edildiyini qeyd etdi. Qexi sakinləri yaxınlıqda yerləşən Dıxinkaç-yurt, Mirzaxan-yurt, Saytan-yurt və Kürçala kimi kiçik kəndlərə köç etdilər.[10][11][12][13].
1944-cü ildə çeçenlərin qovulması və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvi ilə əlaqədar yaşayış məntəqəsi dəyişdirilərək Valeriya Çkalov adlandırıldı. 1958-ci ildə isə yenidən Kurçaloy adını aldı
2019-cu ilin yanvar ayının əvvəlində şəhərə çevrilmədən əvvəl Kurçaloy Çeçenistan Respublikasının ən böyük kənd yaşayış məntəqəsi idi.
13 fevral 2018-ci ildə Çeçenistan hakimiyyətinin şəhər Mayrtup kəndini də daxil edərək Kurçaloy kəndinə şəhər statusu vermək niyyətində olduğu barədə məlumatlar ortaya çıxdı.[14]
4 oktyabr 2018-ci ildə Çeçenistan Parlamenti Kurçaloy kəndinin şəhərə çevrilməsinə qərar verdi.[15]
Çeçenistan Respublikasının 29 dekabr 2018-ci il tarixli "Kurçaloy kənd məntəqəsinin statusunun dəyişdirilməsi"[16] haqqında qanununa əsasən, Kurçaloy kəndi şəhərə çevrildi. Bu qanun dərc edildikdən 10 gün sonra, yəni 9 yanvar 2019-cu ildə qüvvəyə minmişdir.
2010-cu ildə aparılan siyahıya almaya görə Kurçaloyun milli tərkibi belədir:
Millət | Sayı nəf. |
Ümumi əhaliyə nisbəti, % |
---|---|---|
çeçenlər | 22 669 | 99,76 % |
digərləri/bilinməyən | 54 | 0,24 % |
cəmi | 22 723 | 100,00 % |
Əhalinin 99%-i müsəlman sünnilərdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.