From Wikipedia, the free encyclopedia
Konkord meydanı ya Razılıq meydanı (fr. Place de la Concorde) — Klassizim üslubunda salınmış Parisin mərkəzi meydanı, "5 kral meydanından" biri. Böyüklüyünə görə Fransanın Bordo şəhərindəki lat. “Quinconces” meydanından sonra ikincidir. Sahəsi 68.470 m²- dir. Meydan Sena çayından şimalda, VIII arrondissement ərazisində, Tyuilri bağı ilə Şanzelize prospekti arasında yerləşir. Konkord meydanına Rivoli və Royal küçələri açılırlar.
Meydan 1755 ci ildə Kral meydanı kimi fransız memarı fr. Ange-Jacques Gabriel tərəfindən layihələşdirilərək salınmışdır. O zaman meydanda XV Lüdovikin heykəltaraş fr. Edmé Bouchardon tərəfindən hazırlanmış atüstündə heykəli qoyulmuş və onun şərəfinə adlandırılmışdır. Fransa inqilabından sonra atlı heykəli dağıdılır. Onun yerində "Azadlıq" heykəli ucaldılır. Bu meydanda 1119 şəxs (XVI Lüdovik, Mariya Antuanetta, Mari Jana Dübarry, Danton, Maksimillian Robespyer və fr. Olympe de Gouges və s.) edam olunur. 1795 ci ıldə Yakobinlər hakimiyyətinə son qoyulduqdan sonra meydan Konkord (Razılıq) adlandırılır. Sonrakı illərdə ad hökmdarın adına müvafiq "XVI Lüdovik" sonra isə "Xartiya", 1830 cu il iyul inqilabından sonra isə təzədən Konkord adlandırılır. Vətəndaş kral Lui Filipp meydana neytral siyasi motivli bir heykəl qoyulması üçün fərman verir. Bu günə qədər Misirdən gətirilmiş həmin heykəl — Luksor obeliski meydana xüsusi görkəm verməkdədir.
|
25 oktyabr 1835 ci ildə Konkord meydanının mərkəzində 23 metr hündürlüyə, 250 ton çəkiyə malık, e.ə. XIII əsrə aid II Ramzes tərəfindən Teben məbədi üçün monolit qranitdən yondurulmuş Luksor obeliski qoyulur. Luksor obeliski Misir valisi (vassal hökmdar) Məhəmməd Əli Paşa tərəfindən misirşünas alimi Jan-Fransua Şampolyonun gördüyü işlərin əvəzində ona hədiyyə olaraq verilmişdir.
Fransız dənizçilərinin ruhunu tərənnüm edən "Dəniz" (fr. Fontaine des Mers) (obeliskdən cənubda) və "Çay" (fr. Fontaine des Fleuves) (obeliskdən şimala) fəvvarələri Luksor obeliskinin cinahlarında yerləşir. Hər iki fəvvarə 1 may 1840 cı ildə inşa edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.