tək bir texnologiya vasitəsilə bir-birlərinə bağlanmış avtonom kompüterlər toplusu From Wikipedia, the free encyclopedia
Kompüter şəbəkəsi — Rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemindən ibarətdir. İnformasiyanın əldə olunması, ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompüter şəbəkələrinin olması vacib şərtdir. Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən istifadə olunur. Ən populyar kompüter şəbəkəsi internetdir.
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Kompüter şəbəkələrinin əsas komponentləri aşağıdakılardır:
Kompüter şəbəkələrinin əsas anlayışları aşagıdakılardır:
Kompüter şəbəkələri aşağıdakı təsnifat əlamətlərinə malikdirlər:
Şəbəkənin topologiyaya görə təsnifatı
Şəbəkənin topologiyası kompüterlərin əlaqə kanalları vasitəsilə birləşdirilməsinin məntiqi sxemidir.
Tam əlaqəli və qeyri-tam əlaqəli topologiyalar mövcuddur.
Ən çox yayılmış şəbəkə topologiyaları:
Tam əlaqəli topologiya. Şəbəkənin hər bir kompüteri qalan digər kompüterlərlə bilavasitə birləşir. Sadəliyinə baxmayaraq, bu topologiya böyük və qeyri-effektivdir. Çünki hər bir kompüter şəbəkənin qalan digər kompüterləri ilə birləşmək üçün çoxlu sayda kommunukasiya portuna malik olmalıdır.
Halqavari topologiya. Bütün kompüterlər ardıcıl bir halqada birləşirlər və serverin funksiyaları şəbəkənin bütün kompüterləri arasında paylanır. Bilavasitə informasiya mübadiləsi ancaq iki qonşu kompüter arasında baş verir.
Halqavari topologiyanın üstülükləri aşağıdakılardır:
Bu topologiyanın çatışmazlıqları:
Ulduzvari topologiya hər bir kompüterin ayrı xətlə bilavasitə ümumi mərkəzi qovşağın (konsentratorun, təkrarlayıcının və ya habın) ayrı-ayrı portuna qoşulan zaman yaranır. Bu qovşağın funksiyasına hər hansı bir kompüter tərəfindən göndərilən informasiyanın bir və ya digər bütün kompüterlərə ötürülməsi daxildir. Həmçinin mərkəzi qovşaq qismində mərkəzi kompüter (server) istifadə oluna bilər. Server məlumatların ötürülmə marşrutunu təmin edir, periferiya qurğularını qoşur və bütün şəbəkə üçün verilənlərin mərkəzləşdirilmiş saxlancı rolunu oynayır. Bu topologiyanın üstünlükləri:
Çatışmazlıqları:
Ağacvari topologiya. Şəbəkədə bir neçə konsentrator istifadə olunur və kompüterlər bir biri ilə iyerarxiya üzrə ulduzvari şəkildə birləşir (şək. 6). Bu şəbəkəyə qoşulmiş istənilən kompüter server ola bilər. Hal-hazırda həm lokal, həm də qlobal şəbəkələrdə ən geniş yayılmış şəbəkə topologiyasıdır.
Ümumi şin topologiyası. Mərkəzi element qismində passiv koaksial kabel iştrak edir və kompüterlər bu kabelə qoşulur (şək. 7). Onun sonlarında terminator qoşulmalıdır. Ötürülən informasiya kabel vasitəsilə yayılır və bu kabelə qoşulmuş bütün kompüterlər üçün əlçatandır. Ümumi şin topologiyalı şəbəkənin ən geniş yayılmış növü Ethernet şəbəkəsidir (informasiyanı ötürmə sürəti 10–100 Mbit/san). Ümumi şin topologiyasının üstünlükləri:
Ümumi şin topologiyasının çatışmazlıqları:
Kompüterlərin qarşılıqlı əlaqəsinin təşkilinə görə şəbəkələr bölünür:
Eyniranqlı şəbəkələrdə bütün kompüterlər eyni prioritetə malikdirlər. Hər bir kompüterdə Microsoft Windows əməliyyat sisteminin istənilən versiyası qurulur. Hər bir istifadəçi öz kompüterinin resurslarına digər istifadəçilərin girişinə icazənin verilməsi qərarını özü qəbul edir. Bu şəbəkənin ən sadə variantıdır. Eyniranqlı şəbəkənin qurulması üçün kompüterlərin kabel vasitəsilə birləşdirilməsi və əməliyyat sisteminin (məsələn, Windows XP Professional) qurulması kifayətdir.
Ayrılmış serverli şəbəkələrə
Ayrılmış serverli şəbəkədə serverin və işçi stansiyaların resursları serverdən mərkəzləşdirilmiş şəkildə idarə olunur. Belə şəbəkələrin yaradılması üçün hər hansı bir kompüterdə server əməliyyat sistemi, məsələn, Windows Server 2003 qurulmalı və tənzimlənməlidir. Bu serverdə istifadəçilərin qeydiyyatı üçün baza yaradılır və resursların və istifadəçilərin kateqoriyaları müəyyən edilir. Kliyent kompüterində əməliyyat sistemi (məsələn, Windows XP Professional) qurulur. Şəbəkəyə qoşulan zaman hər bir istifadəşi serverdə qeydiyyatdan keçir və bundan sonra ümumi şəbəkə resursuna giriş əldə edir. Çox zaman ayrılmış server yalnız müəyyən bir funksiyanı (rolu) yerinə yetirir, məsələn: Fayl serveri faylların saxlanmasına xidmət edir;
Ötürmə mühitinə görə şəbəkələr naqilli və naqilsiz şəbəkələrə bölünürlər.
Naqilsiz şəbəkələr-kabel sisteminin çəkilməsi məqsədəuyğun olmayan, çətin və ya mümkün olmayan yerlərdə istifadə olunur. Bu zaman şəbəkə informasiyanın ötürülməsi qismində radio-dalğaları istifadə edən adapterlərin köməyi ilə reallaşdırılır.
İnformasiyanın ötürülmə sürətinə görə şəbəkələr aşağısürətli (10 Mbit/san qədər), ortasürətli (100 Mbit/san qədər) və yüksəksürətli (100 Mbit/san çox) şəbəkələrə bölünür.
Ölçüsünə görə şəbəkələr qlobal, lokal, və şəhər (regional) şəbəkələrə bölünür:
Qlobal kompüter şəbəkələri Qlobal kompüter şəbəkələri — bir-birlərindən çoğrafi uzaq (Yer kürəsinin istənilən hissəsindəki) kompüterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Rabitə vasitəsi olaraq əsasən yüksək sürətli telefon və peyk rabitəsindən istifadə olunur. Qlobal kompüter şəbəkələri əsasən klient-server texnologiyası əsasında fəaliyyət göstərir. Şəbəkənin proqram təminatı əsasən iki hissədən ibarət olur: Klient və Server.
Qlobal şəbəkədə informasiyanın saxlanılmasından asılı olaraq informasiyanın işlənməsi mərkəzləşmiş və paylanmış şəkildə həyata keçirilir. Məsələn, RinNet şəbəkəsində informasiya ehtiyatı Rusiyanın mərkəzi rayonlarının tədris müəssisələrinin serverlərində paylanmış şəkildə yerləşmişdir və informasiyanın işlənməsi paylanmış şəkildə həyata keçirilir.
Ən böyük qlobal kompüter şəbəkəsi internet kompüter-informasiya şəbəkəsidir. İnternet özündə milyonlarla kompüteri birləşdirən, kompüter şəbəkələrinin ümumdünya toplusudur.
Lokal kompüter şəbəkələri
Lokal kompüter şəbəkələri — bir müəssisə daxilində fəaliyyət göstərir və informasiya mübadiləsinə, informasiya və periferiya avadanlıqlarından birgə istifadəyə şərait yaradır. Şəbəkədə kompüterlər kompakt şəkildə yerləşdirilir. Lokal şəbəkədə əlaqə əsasən kabel və qismən lazer, infraqırmızı və radio şüalanma vasitəsilə həyata keçirilir və informasiya mübadiləsinin sürəti istifadə olunan rabitə vasitələrinin texniki göstəricilərilə müəyyən olunur. Lokal şəbəkələr ən geniş yayılmış şəbəkə növüdür.
Korporativ şəbəkə
Korporativ şəbəkə — lokal şəbəkəyə aid olub, hər hansı təşkilat daxilindəki kompüterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Nəzərə almaq lazımdır ki, təşkilata aid binalar müxtəlif şəhərlərdə yerləşə bilərlər.
Şəhər (regional) şəbəkəsi Şəhər (regional) şəbəkəsi (MAN — Metropolitan Area Network) — böyük şəhərin informasiya tələbatını təmin edən şəbəkədir. Şəhər şəbəkəsi rəqəmsal verilənlərin, səsin ötürülməsini dəstəkləyə və kabel televiziyasına malik ola bilər.
Xüsusiyyətlər
Kompüter şəbəkəsi elektrik mühəndisliyi, elektronika mühəndisliyi, telekommunikasiya, kompüter elmləri, informasiya texnologiyaları və ya kompüter mühəndisliyi şöbəsi hesab edilə bilər, çünki müvafiq fənlərin nəzəri və praktiki tətbiqinə əsaslanır.
Kompüter şəbəkəsi istifadəçilərə müxtəlif vasitələrlə effektiv və asanlıqla ünsiyyət qurmağa imkan verən kişilərarası ünsiyyəti asanlaşdırır: e-poçt, anlık mesajlaşma, onlayn chat, telefon, video telefon zəngləri və video konferans. Şəbəkə şəbəkə və hesablama resurslarının paylaşılmasına imkan verir. İstifadəçilər paylaşılan şəbəkə printerində sənəd yazmağı və paylaşılan saxlama cihazının istifadəsi kimi ağda olan qurğularla təmin olunan resurslardan istifadə edə və istifadə edə bilərlər. Şəbəkə, səlahiyyətli istifadəçilərə ağdakı digər kompüterlərdə saxlanılan məlumatlara giriş imkanı verən faylları, məlumatları və digər məlumat növlərinin paylaşılmasına imkan verir. Distributed computing vəzifələri yerinə yetirmək üçün ağda hesablama resurslarından istifadə edir.
Şəbəkə ilə əlaqəli qurğularda kompüter virusları və ya kompüter qurdları yerləşdirmək və ya bu qurğular şəbəkəyə daxil olmağın qarşısını almaq üçün təhlükəsizlik hackerları tərəfindən kompüter şəbəkəsi istifadə edilə bilər.
Kommutasiya dedikdə, bir neçə alternativ marşrutlara malik olan şəbəkələrdə, iki qovşaq arasında informasiya mübadiləsinin həyata keçirilməsi üçün verilənlərin ötürülməsi istiqamətinin seçilməsi və təşkili texnologiyası başa düşülür. Kommutasiyanın üç müxtəlif sxemi mövcuddur:
Kanalların kommutasiyası verilənlərin iki qovşaq arasında birbaşa ötürülməsi üçün ayrı-ayrı kanal hissələrinin ardıcıl birləşdirilməsi nəticəsində fiziki kanalın yaradılmasını nəzərdə tutur. Müxtəlif kanallar öz aralarında xüsusi aparatların — kommutatorların vasitəsilə birləşirlər.
Paketlərin kommutasiyası zamanı şəbəkə istifadəçilərinin göndərdiyi bütün məlumatlar ilkin qovşaqda nisbətən kiçik hissələrə paketlərə bölünür. Adətən paketlər dəyişən uzunluğa (46 – 1500 bayt) malik ola bilər. Şəbəkədə paketlər müstəqil informasiya blokları kimi ötürülür. Şəbəkə kommutatorları sonuncu qovşaqlardan paketləri qəbul edir və ünvan məlumatlarının əsasında lazımi ünvana göndərir.
Məlumatların kommutasiyası dedikdə vahid verilənlər blokunun kompüter şəbəkəsində hər bir tranzit kompüterin diskində müvəqqəti buferləşdirilməsi ilə ötürülməsi kimi başa düşülur. Paketdən fərqli olaraq məlumat ixtiyari uzunluğa malik olur və onun ölçüsü texnoloji nöqteyi-nəzərdən deyil, məhz məlumatı təşkil edən informasiyanın məzmunu ilə (mətn sənədi, fayl, elektron məktub) müəyyən olunur. Tranzit kompüterlər öz aralarında həm paket kommutasiyalı, həm də kanal kommutasiyalı şəbəkələrin köməyi ilə birləşə bilərlər.
Protokol — Şəbəkə vasitəsilə ötürülən informasiyanın standartlaşdırılması üçün şəbəkə protokolları işlənmişdir. Protokol kompüter şəbəkəsində verilənlərin ötürülməsi üçün qaydalar və razılaşma toplusudur. Müəyyən protokol əsasında yaradılmış paket müəyyən formata malikdir. Kompüterlərin şəbəkə şəklində birləşdirilməsinin bir neçə əsas səbəbi vardır:
Kompüter şəbəkələrində aşağıdakı protokollardan istifadə edilir:
1983-cü ildə Beynalxalq Standartlaşma Təşkilatı (ISO) tərəfindən açıq sistemlərin qarşılıqlı əlaqəsinin modeli yaradılmışdır. Bu model OSI (Open System Interconnection — Açıq sistemləin qarşılıqlı əlaqəsi) adlandırılmışdır və müasir kompüter şəbəkələrinin əsasını təşkil edir. OSI modelində aşağıdakı səviyyələr vardır:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.