From Wikipedia, the free encyclopedia
Bluetooth — beynəlxalq standartlara uyğun bir telsiz ünsiyyət sistem. Bluetooth 100 metrə qədər məsafədə verilənlərin ötürülməsi və qəbuledilməsi üçün istifadə edilən texnoloji standartdır. Verilənlərin ötürülməsi və qəbul edilməsi 2400–2483,5 MHz tezlikdə qısa dalğaların radiasiyası vasitəsilə həyata keçirilir.[1]
İstehsalçılar sıx bir şəkildə bu texnologiyanı dizüstü kompüter, cib telefonu və mobil aksesuarlarda istifadə edirlər.
Bluetooth sözü X əsrdə bir-birinə düşmən danimarkalı tayfaları birləşdirmiş kral I Heraldın ləqəbindən ("mavi diş") götürülmüşdür.[1]
1994-cü ildə Ericsson şirkəti cib telefonları ilə aksesuarları arasında ünsiyyət qura biləcək ucuz və elektrik sərfi aşağı olan bir telsiz texnologiyası fikirini araşdırmaya başladı. Məqsəd rahatlıqsız, bir-birinə uyğunlaşmasız və tez-tez qəzalanan kabelli əlaqələrin yerini alan telsiz bir texnologiya inkişaf etdirmək idi.
Araşdırmanın müsbət nəticələri ardından 1998-ci ildə beş şirkət (Ericsson, Nokia, IBM, Toshiba və İntel) "Special Interest Group" (SIG)ı qurdu.
İndiyə qədər SIGə 3com, Lucent, Microsoft, Motorola, B&O, Volvo və Sony kimi 1900-dən artıq şirkət qatıldı.
Bluetooth adı X əsrdə yaşamış Viking kralı Harald Blatand'dan ilhamlanaraq yaradılmışdır. Blatand Danimarka tərəfindəndə "Mavi Diş" yəni Bluetooth mənasını verir. Bluetooth texnologiyasının inkişaf etdirilməsində Skandinaviya şirkətlərinin böyük əməyi keçdiyi üçün, vaxti ilə Danimarkanı və Norveçi birləşdirib Xristianlaşdıran və Danimarka mədəniyyətinə yeni bir standart gətirən Blatand'ın adı istifadə edilmiş.
Bluetooth cihazları 2, 4 GHz ISM (Industrial Scientific Medical Bant) işləyir. Bu tezlik kanalı, Fransa xaric, bütün dünyada hər kəs tərəfindən patentsiz istifadə edilə bilər. Başqa tətbiqlərdə bunu istifadə edə bildiyi üçün qarşılıqlı üst-üstə düşmələr ola bilər. Xüsusilə WLAN (kabelsiz şəbəkə) Bluetoothdan pis istiqamətdə təsirlənə bilər. Amma Bluetooth WLANdən təsirlənməməkdədir.
Ən çox səkkizə qədər cihaz eyni anda bir-biriylə qarşılıqlı ünsiyyət qura bilir. İstifadə edilə biləcək xidmətlərdən bir neçəsi: audio-Gateway (PC), Network əlaqələri, Faks, qulaqlıq, sinxronizasiya və dizüstü kompüter, ovuc içi kompüter və cib telefonu arasında məlumat mübadiləs(n)i, vs… İmkanlar çox geniş və getdikcə genişlədilir.
İki Bluetooth cihazının bir-biriylə ünsiyyət qurmadan əvvəl qarşılıqlı təyin olunmaları lazımdır. Bunun üçün cihazlar bir "təyin etmə rejimi"ndə bir-birini tapmalı və bir "təyin etmə kodu" ilə bağlanmalılar. Beləcə ətrafdakı digər cihazlarla istənməyən əlaqələr də maneə törədilmiş olar. Cihazlar bir-birinə bağlandıqdan sonra kabelsiz məlumat ünsiyyətinin kefini çıxarda bilərsiniz.
Bütün mesajlan məlumatlar ən çox 128Bitlik kodlaşdırmaqla şifrlənə bilər. Təyin etmə üçün yenə 128Bitlik şifrləmə istifadə edilir. Hər Bluetooth cihazının özünə aid 48Bitlik təyin etməsi var. Beləcə dünya səviyyəsində 281 trilyon cihaz bir-birindən ayırt edilə bilər.
Bluetoothun 10 metrlik nəşr məsafəsi çöldən birinin məlumat mesajımına girməsi üçün cihaza çox yaxınlaşmasını tələb edir. Bu səbəblə Bluetooth çox etibarlı sayıla bilər.
Rəhbərliyi, şifrləmək texnologiyasını çox kiçik bir modulda birləşdirən və üstəlik çox ucuz olan Bluetooth texnologiyasını yaxın gələcəkdə hər cihazın içində tapmaq mümkün olacaq. Xüsusilə infraqirmizi ilə işləyən cihazlar (misal: televiziya pultları) yaxında ortadan qalxa bilərlər.
2001 ilində 10 milyon ədəd sonra, 2002 ilində 34 milyon Bluetooth chipseti çıxarıldı. Bu rəqəmin hər il daha da artır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.