From Wikipedia, the free encyclopedia
Kompot — qaynadılmış meyvələrdən hazırlanan şirin içki. Şərqi Avropada və Balkanlarda məşhurdur. Qurudulmuş meyvədən hazırlanana hoşaf, slavyan ölkələrində təzə meyvədən hazırlanana isə komposta və ya kompot deyilir. Çiyələk, ərik, şaftalı, alma və ya albalı kimi meyvələrin çoxlu miqdarda suda, çox vaxt əlavə dadlandırıcı kimi şəkər və ya kişmişlə bişirilməsi ilə əldə edilir.[1] Bəzən əlavə bir ləzzət üçün vanil və ya darçın kimi müxtəlif ədviyyatlar əlavə edilir, xüsusən qışda adətən isti şəkildə verilir.
Kompot Azərbaycan, Albaniya, Ermənistan, Türkiyə, Belarus, Çexiya, Ukrayna, Rusiya, Polşa, Bolqarıstan, Bosniya və Herseqovina, Litva, Latviya, Finlandiya, Mərkəzi, Şərqi, Cənub-Şərqi və Şimali Avropanın bir çox ölkələrinin kulinariya mədəniyyətinin bir hissəsidir.[2] Estoniya, Macarıstan, İran, Sloveniya, Xorvatiya, Makedoniya Respublikası, Serbiya, Monteneqro, Kosovo, Slovakiya, Moldova, Qazaxıstan, Tacikistan, Şərqi Almaniya, Avstriya və Rumıniya kimi ölkələrdə kompot kimi tanınır. Kompot (makedon, bolqar, rus, serb, bosniya və ukrayna dillərində "компот") Mərkəzi və Şərqi Avropa ölkələrində qışda meyvə saxlamaq üçün geniş istifadə olunan üsul olub. Kompot hələ 1970-ci illərdə məşhur idi. Özbəkistan və Qırğızıstan kimi bir çox Mərkəzi Asiya ölkələrində, eləcə də Çexiya, Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstan, Belarusiya, Ukrayna və Rusiya kimi digər Mərkəzi və Şərqi Avropa ölkələrində hələ də populyardır. Polşanın "Kuçnya Polska" reseptlər kitabında onlarla resept tapmaq olar.[3]
Kompot istehlakı 1980-ci illərdən bəri azalır. Mərkəzi və Şərqi Avropanın bir çox ölkələrində rasionun başa çatması ilə kompotu meyvə şirəsi, sərinləşdirici içkilər və mineral sular əvəz elədi.
Gündəlik istifadə etmək üçün kompot təzə meyvə-giləmeyvə, qurudulmuş meyvə-giləmeyvələrdən hazırlanır. Xammalın kompot üçün hazırlanması qaydası meyvə-giləmeyvələrin yeyilməyən hissələrdən təmizlənməsi, çıxdaş edilməsi, yuyulması və doğranılması əməliyyatından ibarətdir. Kiseldən fərqli olaraq kompotda meyvə və giləmeyvə öz formasını saxlamalıdır.
Bəzi meyvə-giləmeyvələr qaynadıldıqda əriyib, suya qatışdığından onları suya və şərbətə tökən kimi dərhal qızdırılma dayandırılır. Bərk meyvələr dilimlənir, 15–25 dəq. bişirilir. Meyvənin tərkibindəki həll olan maddələrin suya daha çox çıxması üçün şəkərin kompot soyuduqdan sonra əlavə edilməsi məsləhət görülür. Kompotun ətrini və dadını yaxşılaşdırmaq üçün hər paya 5–10 q miqdarında üzüm şərabı əlavə edilir. Qurudulmuş meyvə-giləmeyvələrdən kompot hazırladıqda onları seçib təmizlənir, 3–4 dəfə isti suda yuyulub, sonra bişirirlər. Əgər bir neçə meyvə qurusundan (qaxından) kompot bişiriləcəksə, onda meyvələri seçib ayrılıqda bişirmək və sonra qarışdırmaq lazımdır. Alma və armud qaxı 35–40 dəqiqə, başqa meyvələr 15–20 dəqiqə, üzüm qurusu 3–5 dəqiqə bişirilir. Sonra bunlar qarışdırılır, üzərinə şəkər əlavə edilib soyudulur. Kompotun meyvəsi bütöv, şirəsi şəffaf, qəhvəyiyə çalan rəngdə, dadı şirin və ətirli olmalıdır.
Meyvələrdən feyxoa kompotu, itburnu kompotu, albalı kompotu, heyva kompotu, meyvə qurusundan kompot, qurudulmuş meyvə qarışığından kompot, gilas kompotu, çiyələk kompotu, armud kompotu, moruq kompotu və s. kompotlar hazırlanır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.