From Wikipedia, the free encyclopedia
Koiçi Fucii (藤井 較一, Fucii Koiçi?, 24 sentyabr 1858, Okayama – 9 iyul 1926) – Yaponiya İmperiya Donanmasının admiralı. Rus-yapon müharibəsi zamanı İkinci Donanma heyətinə başçılıq etmiş və növbəti illərdə Yaponiya İmperiya Donanmasının aparıcı üzvlərindən biri olmuşdur.
Koiçi Fucii | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 sentyabr 1858 |
Doğum yeri | |
Vəfat tarixi | 9 iyul 1926 (67 yaşında) |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Qoşun növü | Yaponiya İmperiya donanması |
Rütbəsi | Admiral |
Döyüşlər | |
Təltifləri |
Koiçi Fucii 1858-ci ildə Yaponiyanın Okayama şəhərində doğulmuş, Yaponiya İmperiya Donanmasının Hərbi Akademiyasından yeddinci yeri tutaraq məzun olmuşdur. Donanmanın baş qərargahında müxtəlif vəzifələri tutmuş, Rusiya, Siam və İtaliyaya göndərilmiş nümayəndəliklərdə iştirak etmişdir.[1]
Birinci Çin-yapon müharibəsi zamanı donanmanın baş qərargahında, daha sonra "Soko" və "Oşima" kanonerlərində, eləcə də, "Musaşi" krayserində xidmət göstərmişdir. 1899-cu ildə kapitan rütbəsinə yüksəlmiş və bir krayserin komandirliyi ona həvalə olunmuşdur. O, Tayvandakı general-qubernatorluq qərargahında, Yaponiyanın Berlindəki səfirliyində və yenə donanmanın baş qərargahında işləmişdir.[1]
Rus-yapon müharibəsinin birinci ilində "Azuma" krayserinə komandanlıq etmiş və Koreya boğazı döyüşündə iştirak etmişdir. 1905-ci ilin yanvarında İkinci Donanmanın heyət başçısı təyin olunmuş, həmin ilin noyabr ayında kontr-admiral rütbəsinə yüksəlmişdir. 1909-cu ildə vitse-admiral, 1916-cı ildə isə admiral olmuşdur. 1915-ci ildə Birinci Donanmaya komandanlıq etmişdir. Karyerasının son illərində Fucii Yokosuka Donanma Rayonunun komandanı, 1916-cı ildə isə donanma müşaviri olmuşdur. 1920-ci ildə təqaüdə çıxmış, 1926-cı ildə ölmüşdür.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.