From Wikipedia, the free encyclopedia
Kobe Reqata və Atletika Klubu (ing. Kobe Regatta & Athletic Club, qısaca KR & AC) – Yaponiyanın ən qədim idman klubu. 1870-ci ildə Aleksandr Kameron Sim tərəfindən yaradılmışdır.
Yaranma tarixi | 23 sentyabr 1870 |
---|---|
Şəhər | Kobe, Yaponiya |
"Kobe Reqata və Atletika Klubu" 23 sentyabr 1870-ci ildə Kobedə yaşayan əcnəbi icmasının üzvü olan atlet və avarçəkən Aleksandr Kameron Sim tərəfindən yaradılmışdır. Klub yaradıldıqdan sonra 6 ay içərisində Kobenin cənub sahilində yerləşən yeni binaya və gimnaziyaya köçmüşdür. 24 dekabr 1870-ci ildə klub tərəfindən Kansay regionundakı ilk reqata keçirilmişdir.[1]
1871-ci ildə baş tutan ilk limanlararası idman yarışında "Cənub limanı" Kobe ilə "Şimal limanı" Yokohama qarşılaşmışdırlar. 1875-ci ildə əcnəbi icması üçün İstirahət meydançası yaradılmış, 1877-ci ilin mayında burada ilk idman yarışları keçirilmişdir. 1878-ci ildə burada klubun yeni gimnazisiyası tikilmişdir. 1880-ci ildə baş verən tayfun klubun qayıq evini və gimnazisiyasını məhv etmişdir.[1]
"Kobe Reqata və Atletika Klubu" Yaponiyanı futbol, beysbol, reqbi, tenis, avarçəkmə kimi idman növləri ilə tanış etmişdir. Klub Yaponiyanı ziyarət edən gəmilərin heyətlərinə qarşı oyunlar təşkil etmişdir. 18 fevral 1888-ci ildə Yaponiyada baş tutan ilk rəsmi futbol qarşılaşmasında "Kobe Reqata və Atletika Klubu" qalib gəlmişdir. Klubun Mirumedə yerləşən üzgüçülük hovuzu Yaponiyada su polusunun idmanının ilkin inkişafında rol oynamışdır. 1899-cu ildə Kobedə yerləşən əcnəbi yaşayış məntəqəsi ləğv olunmuş və klub Yaponiyanın himayəsinə daxil olmuşdur. 1900-cü ildə klub Mirumeyə köçmüşdür. 1923-cü ildə baş verən Böyük Kanto zəlzələsi zamanı klub öz qurğularını zərərçəkənlər üçün sığınacaq kimi açmışdır.[1]
Klub 1930-cu illərdə iki tenis meydançası ölçüsündə olan üzgüçülük hovuzu tikdirmişdir. Lakin 1939-cu ildə klub Mirume əmlaklarını müharibə üçün silah istehsal edən "Kobe Steel Works" şirkətinə satmağa məcbur edilmişdir. Fukaedə yeni meydançalar alınmış və 1940-cı ilin yayında klubun yeni binaları tikilmişdir. Lakin 1941-ci ildə klub yenə öz əmlaklarını yaxınlıqda yerləşən təyyarə zavoduna satmağa məcbur edilmişdir. Müharibə başlayanda klubun gimnaziyada və klub evindən başqa heç bir mülkü yox idi. Klub 1941-ci ilin sonunda polis tərəfindən bağlanmış, iki həftə sonra ciddi nəzarət altında yenidən açılmışdır.[1]
1944-cü ilin yanvarında Yaponiya ordusu klub evini və gimnaziyanı ələ keçirmişdir. Klub Suvayamada yerləşən binaya köçsə də, Yaponiya hərbi polisi tərəfindən binadan çıxarılmışdır. 1945-ci ilin martında klub müvəqqəti olaraq Şoiyada yerləşən bazaya köçmüşdür, lakin iyulda bu yer Yaponiya donanmasına verilmişdir. Klub müharibənin sonuna qədər idman fəaliyyətlərini dayandırmışdır.[1]
Yaponiyanın təslim olmasından iki ay sonra – 1945-ci ilin oktyabrında klubun Şoiyada yerləşən bazasına qayıtmasına icazə verilmişdir. 1949-cu ildə klub İstirahət meydançasında yerləşən tenis meydançasından yenidən istifadə etməyə başlamışdır. 1952-ci ilin iyununda klubun qəsəbədə yerləşən bazası qaytarılmış və klub 14 fevral 1953-cü ildə rəsmi olaraq yenidən açılmışdır. 1957-ci ildə Kobe şəhərinin rəhbərliyi şəhəri genişləndirmək istədiklərini və klubu İsoqami parkına köçürülməli olduğun bildirmişdir. 27 dekabr 1961-ci ildə keçirilmiş klub iclasında şəhərin təklifi qəbul edilmiş və klub bazası onlara verilmişdir. 1962-ci ildə klubun İsoqami parkında yerləşən yeni bazası açılmışdır.[1]
23 sentyabr 1970-ci ildə klub 100 illiyini qeyd etmişdir. 1955-ci ilin yanvarında baş verən Böyük Hanşin zəlzələsi zamanı klub öz qurğularını zəlzələdən zərərçəkənlər üçün açmışdır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.