From Wikipedia, the free encyclopedia
Klüver-Büsi sindromu – beynin iki gicgah payının ön bölgələrinin daxilində yerləşən badamabənzər cisimlərin dağılması nəticəsində müşahidə olunan bir sıra davranış dəyişiklikləri ilə xarakterizə olunan xəstəlik.[1]
Xəstəliyin müşahidə olunduğu heyvanlarda yüksək dərəcəli qorxusuzluq, hər şeyə qarşı maraq, unutqanlıq, hər şeyi ağzına aparma, hətta bərk cisimləri yeməyə çalışma, tez-tez körpə heyvanlarla, hətta fərqli cinsiyyət və növə aid heyvanlarla belə cütləşməyə çalışacaq səviyyədə cinsi impulslar meydana çıxır. Bənzər xəstəlik nadir hallarda insanlarda rast gəlinsə də, simptomlar heyvandakılara oxşar olur.[1]
Bu xəstəliyin öyrənilməsində meymunların qan qrupları önəmli rol oynayıb.[1]
Xəstəlik ilk dəfə insanlarda 1955-ci ildə gicgah lobektomiyası zamanı qeydə alınmışdır. Lakin herpes səbəbli ensefalit və meninqoensefalit zamanı da insanda müşahidə oluna bilər. Həmçinin bir sıra situasiyalar Klüver-Byüsi sindromuna səbəb ola bilər. Məsələn, Pik xəstəliyi, Altshaymer xəstəliyi, işemiya, anoksiya, proqressiv subkortikal qlioz, Rett sindromu, porfiriya və dəm qazı zəhərlənməsi və s. kimi hallar sindorum səbəbkarlarından hesab olunur.[1]
Sindromun simptomlarını aşağıdakılardır:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.